Xanhüseyn Kazımlı qalmaqallı çıxışından danışdı: - “Bilirəm nə sual verəcəksiniz...”

29-10-2019, 17:06           
Xanhüseyn Kazımlı qalmaqallı çıxışından danışdı: - “Bilirəm nə sual verəcəksiniz...”
“Mən zəng gözləyirəm. Çünki bilirəm nə sual verəcəksiz”. Bunu Cebhe.info-ya deputat Xanhüseyn Kazımlı sosial şəbəklərdə qalmaqala səbəb olan çıxışı ilə bağlı danışarkən deyib. O, çıxışı ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəyini və ora Cebhe.info əməkdaşını da dəvət edəcəyini deyərək telefonu bir xanıma ötürüb. Adını açıqlamayan xanım isə qeyd edib ki, Xanhüseyn Kazımlı hazırda məşğuldur: “Yanında qonaqları var, tədbirimiz olacaq, sizi də dəvət edərik. Bununla bağlı suallarınızı cavablandıracaq, inşallah”.

Cebhe.info deputat Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında çıxışını olduğu kimi təqdim edir: "Büdcənin, deməli, əksinə təsir göstərir... Ona görə də, ona görə də, əgər deməli, 15 il sonrakı 15 faizdən... 15 faizdən artıq olarsa, deməli, büdcənin kəsiri... dövlət büdcəsinin borc alması onda büdcə kəsiri... onda, deməli (yanındakına: mən siz danışanda qulaq asdım da, qulaq asın... mən səhv deyirəmsə, qulaq asın) həəə... deməli, əgər... əgər, dünyada gedən proses belədirsə, Azərbaycanı niyə qınamaq olur? Azərbaycanın hər yerdə... Azərbaycanın hər yerdə.. bütün insanlar... bütün insanlar Azərbaycana gəlməkdən ötrü cəhd göstərir. Ona görə də, bəlkə də... bəlkə də... öhö... 1930-cu ilin əgər 194 yerdən, yerdən... 194-cü yerdən ABŞ 74-cü yerə düşübsə... iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə, deməli bu, o deməkdir ki, ABŞ-ın 1930-cu ilin böhranı gözləyir. Ona görə də, Azərbaycanı qınamaq lazım deyil. Bəlkə də dünya üzrə gedən prosesdir, problemdir, ona görə də bunun dünyanın problemləri sırasına daxil eləmək lazımdır. Çox sağ olun. Diqqətinizə görə çox sağ olun".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.