“Sosial evlər imkanlı şəxslərə satılır”

30-10-2019, 10:29           
“Sosial evlər imkanlı şəxslərə satılır”
“Özbəkistanda evsizlərə xüsusilə gənclərə dövlət tərəfindən çox ucuz qiymətə mənzillər veriləcək. Bu, sosial dövlətin əsas strateji hədəfidi. Prezident Şövkət Mirziyoyev bununla bağlı göstəriş verib”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Özbəkistanda prezidentin tapşırığı olduğu kimi yerinə yetiriləcək: “Heç bir məmur prezidentin bu qərarını sabotaj etməyə və bu mənzilləri digər təyinata görə istifadə edə bilməz.

Azərbaycanda iki il bundan əvvəl evsiz gənc ailələrin ucuz mənzillə təmini üçün vəsait ayrıldı və mənzillər tikildi. Sosial mənzillər adlanan bu binalarda evlər evsiz gənc ailələrə deyil, imkanlı şəxslərə satıldı. Şərtlər o qədər ağırdı ki, evsiz və aztəminatlı gənc ailələr bu mənzillərə yaxın dura bilmir.

Göründüyü kimi evsiz gənc ailələrə sosial mənzil adı ilə tikilən binalar təyinatına görə satılmır və şərtlər çox ağırdı. Bunun harası sosial evlər oldu?!

Prezidentin verdiyi tapşırıq və göstərişi bu sahəyə məsul olan vəzifəlilər əməl etmədi. Açıq şəkildə prezidentin bu sahədə verdiyi tapşırığı öz şəxsi maddi mənafelərinə uyğun istifadə edirlər. Bakı şəhərində yüzlərlə gənc evsizlikdən ailə qura bilmir və gənc ailələrin çoxu kirayələrdə qalır. Dövlətin sosial mənzil siyasətini dövlətçiliyin düşməni olan bu sahəyə məsul vəzifəlilər sabotaj edir.

Sosial evlər mütləq əlçatan olmalıdır və prezidentin bu sahəyə yenidən müdaxilə etməsinə ehtiyac var. Bu sahədə məsul şəxslər cəzalandırılmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.