Metroda gediş haqqı bahalaşacaq? - Subsidiyası 5 milyon azaldıldı

4-11-2019, 09:46           
Metroda gediş haqqı bahalaşacaq? - Subsidiyası 5 milyon azaldıldı
"Gələn il metroda gediş haqqı bahalaşa bilər".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətləri və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumatı açıqlayıb. 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılıq edir:

"Qeyd edim ki, cari il üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması böyük ehtimalla metroda gediş haqlarının artırılmasına hesablanmış addımdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.