Mütəxəssislərdən QADINLARA XƏRÇƏNG XƏBƏRDARLIĞI: hər gün bu bitkilərdən yeməsəniz...

9-11-2019, 08:57           
Mütəxəssislərdən QADINLARA XƏRÇƏNG XƏBƏRDARLIĞI: hər gün bu bitkilərdən yeməsəniz...
Elm adamları xəstəliklərin son illərdə sürətlə artdığı Puerto-Rikoda yaşayan 600 qadının qidalanma vərdişləri üzərində araşdırma aparıb.

Publika.az xəbər verir ki, araşdırma nəticəsində hər gün sarımsaq və soğan yeyən qadınların süd vəzisi xərçənginə yoluxması ehtimalının 67% daha az olduğu ortaya çıxıb.

Mütəxəssislər bildirir ki, soğan və sarımaq çiy şəkildə istifadə edilməlidir. Bişmiş forması orqanizmə eyni dərəcədə fayda vermir.

İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, statistikalar ABŞ və İngiltərə hər 8 qadından birinin həyatının müəyyən dövründə süd vəzisi xərçənginə yoluxa biləcəyini göstərir.

Dünya miqyasında xərçəngin əmələgəlmə və inkişaf səbəblərini anlamaq üçün daha çox araşdırma aparılmasına ehtiyac var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.