NASA mütəxəssisləri Yupiterdə nəhəng fırtına qeydə alıblar - FOTO

10-11-2019, 12:48           
NASA mütəxəssisləri Yupiterdə nəhəng fırtına qeydə alıblar - FOTO
“Yunana” peyki Yerə Yupiterin nadir fotosunu göndərib. Fotoda fırtına əks olunub. NASA bildirir ki, fırtına planetin atmosferində yerləşir.

Bu nadir təbiət hadisəsi Yupiterin çox qəribə adlı regionunda “şimali şimali şimali şimali mülayim zona”sında müşahidə edilib.

Bu zona buludların özünəməxsus zolaqlar şəklində sabit toplanması ilə xarakterizə olunur.

Fotoda çəkilən Yupiter qasırğasının eni, elm adamlarına görə, 1931 kilometrdir.

Xatırladaq ki, “Yunana” peyki kosmik səyahətə 2011-ci ildə yollanıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.