"Ən bahalı hasilat Azərbaycandadır - bir barel üçün 60 dollar"

13-11-2019, 20:36           
"Ən bahalı hasilat Azərbaycandadır - bir barel üçün 60 dollar"
"Ən bahalı hasilat Azərbaycandadır - bir barel üçün 60 dollar"
Rusiyada şelfdə və quruda yeni layihələrdə neft və qaz hasilatı bir barel üçün məbləğ 40- dollardan çox olduğu halda gəlirlidir.

Bu barədə Səudiyyə Ərəbistanın "Saudi Aramco" dövlət şirkətinin IPO-ya dair prospektində qeyd olunur.

IPO ərəfəsində "IHS Markit" şirkəti "Saudi Aramco" üçün digər hasil edən dövlətlərlə müqayisədə Səudiyyə Ərəbistanında hasilatın maya dəyərinin qiymətləndirilməsini həyata keçirib.

Həm şelfdə, həm də quruda Saudi Aramco-nun hasilatının maya dəyəri təqribən bir barel üçün 17 dollar səviyyəsində qiymətləndirilir – bu, digər ölkələrlə müqayisədə ən aşağı göstəricidir.

Ən bahalı hasilat Azərbaycanda şelf layihələrindədir - bir barel üçün 60 dollardan artıq təşkil edir.

Yeni layihələrdə hasilatın maya dəyəri Rusiyadan daha baha Qazaxıstanda (bir barel üçün 48 dollara yaxın), həmçinin Azərbaycan və ABŞ-da qurudadır (bir barel üçün 49 dollaraq yaxın).
İstinad: Marja












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.