İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq

15-11-2019, 00:06           
İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq
Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılacaq.

İcbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a bu haqda məlumat verilib. Qeyd olunub ki, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği və bu xidmətlərdən istifadə şərtləri təsdiq olunduqdan sonra bu barədə detallı məlumat veriləcək.

"Tibbi sığorta haqqında" Qanunun 15-4.1.2-ci maddəsinə əsasən sığortaolunanın Azərbaycan Respublikasında dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək hüququ var. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var", - deyə verilən məlumatda bildirilib.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.