Sürücünün arvadı yol polislərinə “meydan oxudu”: ”Benzin əlimdə Prezident Aparatının qarşısına gedim?” – VİDEO

21-11-2019, 22:54           
Sürücünün arvadı yol polislərinə “meydan oxudu”: ”Benzin əlimdə Prezident Aparatının qarşısına gedim?” – VİDEO
“Gərək benzin əlimdə Prezident Aparatının qarşısına gedim?”

Yol hərəkəti qaydasını pozan sürücünü saxlayıb qanuni tədbir görmək istəyən polis əməkdaşının görüntüsü sosial şəbəkədə yayılıb. Teref.az avtosfer.az-a istinadən xəbər verir ki, bu gün “Koroğlu” metrostansiyasının yaxınlığında, “giriş qadağandır” nişanının tələbini pozaraq əks istiqamətdə hərəkət edən, 99-MN-862 qeydiyyat nişanlı avtomobilin sürücüsünü, həmin ərazidə xidmət aparan, 99-YP-321 qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan yol patrul xidməti inspektorları dayandırıb.

Polislər sürücü barəsində qanuni tədbir görmək istəyiblər. Sürücünün yanında əyləşən həyat yoldaşı isə avtomobildən düşərək polislərə hədə-qorxu gəlməyə başlayıb.

Sürücünün qayda pozmasına baxmayaraq, o, polisləri videoya çəkərək “Məni tanımadınız? Mənim yoldaşım müharibə veteranıdır, Azərbacan üçün üç əsgər saxlayırıq. Gərək benzin əlimdə Prezident Aparatının qarşısına gedim?”, – deyərək yol polisinin işinə qanunsuz müdaxilə etməyə çalışıb.

Həmin xanım sonradan kirayə evdə qaldıqlarını, avtomobilin kreditdə olduğunu və cəriməni ödəyə bilməyəcəklərini dedikdən sonra, yol polisləri həmin sürücüyə protokol yazmadan yola salıblar.

Onlar polisdən uzaqlaşdıqdan sonra çəkdikləri videonu sosial şəbəkədə yayaraq özlərini düzgün göstərməyə çalışıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.