Ata Abdullayevi kim sarsıdıb? – Səttar Mehbalıyevin obyektlərini çəkmək istəyən vloqerə qəfil zəng

9-12-2019, 14:59           
Ata Abdullayevi kim sarsıdıb? – Səttar Mehbalıyevin obyektlərini çəkmək istəyən vloqerə qəfil zəng
Özünü vloqer kimi təqdim edən Ata Abdullayev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevın obyektləri ilə bağlı çəkiliş aparmaq cəhdi uğursuz olub. ANAXEBER.info-ya daxil olan məlumata görə, Ata Abdullayev çəkiliş apararkən onun mobil telefonuna zəng gəlib. Qəfil zəngdən sonra o, çəkilişi dayandırıb. İddialara görə, qəfil zəng həm də Ata Abdullayevin əhvalını korlayıb. O, bir neçə dəqiqə pərt halda və sarsıntı içində yaxınlıqdakı səkinin üstündə oturub. Daha sonra onun çəkdiyi videoları yayanlardan israrla xahiç edib ki, həmin görüntüləri silsinlər. Ata Abdullayevin Səttar Mehbalıyevin obyektləri ilə bağlı çəkiliş aparmasının səbəbi onun Prezidentin keçmiş köməkçisi Əli Həsənovla quda olması ilə əlaqədardır. Əli Həsənov tutduğu vəzifədən azad ediləndən sonra Ata Abdullayev ona qarşı savaş açıb. O, bir neçə gün əvvəl mərhum Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Əli Həsənovla bağlı ifşaedici materiallar hazırlamaq niyyətindədir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.