AtaBankda nə baş verir? - ƏMANƏTÇİLƏR DEPOZİTLƏRİNİ NƏDƏN GERİ ÇƏKƏ BİLMİRLƏR?

18-01-2020, 00:00           
AtaBankda nə baş verir? - ƏMANƏTÇİLƏR DEPOZİTLƏRİNİ NƏDƏN GERİ ÇƏKƏ BİLMİRLƏR?
Ötən ilin oktyabrın 1-ə olan son məlumata görə, aktivləri 532 milyon manat, depozitləri 286.3 milyon manat, kredit portferli 374.7 milyon manat AtaBank ASC əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir.

Belə ki, 2019-cu ilin sentabr ayından etibarən əmanətlərini geri çəkmək istəyənlər bu istəklərini reallaşdıra bilmirlər. Bir sözlə AtaBank ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir. Bununla əlaqədar olaraq, bir qrup əmanətçilər əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasına, bu ildən isə Mərkəzi Banka şikayət etsələr də yenə də müsbət nəticə əldə edə bilmirlər. Əksinə, nə baş verdiyi barədə heç bir rəsmi açıqlama verilməməsi əmanətçilərin şübhələrini daha da çoxaldır.

Qubad Ibadoğlu yazır: Narahatlığını mənimlə bölüşən əmanətçilər depozitlərinin geri alınmasında qarşılaşdıqları çətinlikləri ictimailəşdirməyi xahiş ediblər. Onlar belə davam edərsən AtaBankda da əmanətlərinin və cari hesablardakı vəsaitlərinin batmasından qorxurlar. Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı AtaBank ASC, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ən qısa müddətdə açıqlamalar verməlidir. Çünki, söhbət 286.3 milyon manatlıq əmanətlərin taleyindən gedir.

Odur ki, Mərkəzi Bank bununla bağlı təxirəsalınmaz tədbirlər planını elan etməlidirlər ki, əmanətçilərin narahatlığı aradan qalxın. Əks təqdirdə AtaBank ASC-nin maliyyə mötəbərliyini itirməsi yalnız əmanətçilərə deyil, həm də bank sisteminə növbəti zərbə olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.