Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklərin adları açıqlanıb

22-01-2020, 04:18           
Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklərin adları açıqlanıb
Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklərin adları açıqlanıb.

Dövlət Statistika Komitəsindən "MediaPost"a verilən məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların yeni təqvim əsasında vaxtında müasir vaksinlərlə peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir.

2019-cu ildə Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, yoluxucu xəstəliklərdən qorunması məqsədilə uşaqlara 11 xəstəliyə qarşı peyvənd edilib.

Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.