Namizədlərin Şəhid ailələrini ziyarəti: Siyasi texnologiya, sosial sifariş, yoxsa...

22-01-2020, 08:51           
Namizədlərin Şəhid ailələrini ziyarəti: Siyasi texnologiya, sosial sifariş, yoxsa...
Deputatlığa namizədlərin böyük əksəriyyəti seçki təbliğatına şəhid ailələrini ziyarətlə, qazilərlə görüşlə start verdilər.

Özlüyündə təqdir olunası haldır. Bu, həm də ölkədə şəhidlərə verilən dəyərdir. qazilərə sayğıdır.

Məsələnin bir az qəribə görünən tərəfi odur ki,cəmiyyətin bu həssas təbəqəsinə yanaşmada

namizədlər sıradan görüş kimi baxır. Şəhid ailələrindən xeyir-dua almaq əvəzinə özlərini onların müdafiəçisi kimi göstərirlər.

Bu gün dövlət tərəfindən bu qəbildən olan insanlara hərtərəfli dəstək verilir.

Dövlətin daimi olaraq qayğı və himayəsində olan şəhid ailələri və qazilərə çox təssüf ki,

bəzi şəxslər sırf öz işləri üçün xüsusi diqqətlə yanaşırlar.

Bəlkə bu da siyasi texnologiyanın tərkib hissəsidir və elə bu şəkildə də təqdim olunur.

Mental düşüncə, sosioloji baxımdan bu yanaşma qəbul edilməsə də məsələnin psixoloji anlarına aydınlıq gətirməyə çalışdıq.


Bununla bağlı Modern.az-a danışan psixoloq Nuriyyə Quliyeva namizədlərin belə görüşlər keçirməsinin cəmiyyətin maraqlarını bildiklərindən irəli gəldiyini ilə əlaqələndirib:


“Şəhid və şəhid ailələri bizim üçün müqəddəsdir. İşimizdən və peşəmizdən aslı olmayaraq hamımızın borcudur ki, bu ailələrə hörmətlə, xüsusi diqqətlə yanaşaq. Namizədlərin bu cür addım atması isə bəzən sadəcə strategiyadır. Deputat olmaq istəyən şəxslər bilirlər ki, əhalinin bütün təbəqəsi şəhid ailələrinə qarşı çox həssasdır.

Yaşından aslı olmayaraq hər bir şəxs şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşır. Namizədlər də bilirlər ki, hamının yaralı yeri, ortaq diqqət mərkəzi məhz şəhid ailələridir. Bu addımla da onlar cəmiyyətin diqqətini ələ alaraq ölkənin problemlərini mənimsədiklərini nümayiş etdirmək istəyirlər. Namizədlərin bu təəşəbbüsü öz növbəsində seçicilərdə onlara qarşı etimad yarada bilər. Lakin seçici üçün burada həm də namizədin bioqrafiyası, yəni bundan əvvəlki fəəaliyyəti də önəm kəsb edir. Yəni fəaliyyətindən razı qalmadığı namizədi seçici sırf şəhid ailəsi ilə görüşdü deyə yüksək qiymətləndirə bilməz”.

N.Quliyeva seçicilərin bu təşəbbüsdən dolayı bəzi namizədlərə inanmamasının gerçək səbəblərinin olduğunu deyir:

“Bəzi hallarda seçici düşünür ki, deputat olmaq istəyən şəxs niyə əvvəlcədən şəhid ailəsi ilə görüşmürdü ki? Namizəd əvvəldən belə diqqət göstərməyibsə, demək ki, bu addım sadəcə onların şəxsi işləri üçün olan bir strategiyadır kimi fikirlərin yaranması normal haldır. Namizədlərin bu addımı o zaman real görünər ki, onlar sıravi vətəndaş olarkən, yəni namizəd olmamışdan qabaq şəhid ailəsi, qazilərlə maraqlansınlar. Seçkidən sonra bütün reallıqlar bilinəcək.

Seçicilər namizədə səs verərkən yalnız bir məqama fikir verməsinlər, onlar namizədin bioqrafiyasını araşdırıb qərar versələr daha yaxşı olar. Çünki bəzi namizədlərin şüarlarına baxarkən belə onların gələcək vəd etməməsini görmək mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.