Tibbin fırıldaqçı adlandırdığı çöpçü: Həkimlər xəstələri özləri bizə yönləndirirlər - VİDEO

24-01-2020, 00:22           
Tibbin fırıldaqçı adlandırdığı çöpçü: Həkimlər xəstələri özləri bizə yönləndirirlər - VİDEO
Müasir tibbin bu qədər inkişaf etdiyi bir dövr olmasına baxmayaraq, hələ də xüsusilə azyaşlı övladlarını çöpçü yanına aparan valideynlər kifayət qədərdir.

Qədim dövrlərdən bu günə kimi gəlib çatan bu ənənəyə görə, əgər uşaqda yüksək hərarət, qusma və bu kimi əlamətlər varsa və buna həkim də kömək edə bilmirsə, demək ki, hökmən çöpçü yanına aparmaq lazımdır.

Bəs tibbin qəbul etmədiyi, müəyyən işbazların uydurduqları ənənə adlandırılan çöpçülük doğrudan da müalicə üsuludurmu?

Yeniavaz.com xəbər verir ki, oxu.az-ın əməkdaşları məsələni araşdırmaq üçün paytaxt ərazisində fəaliyyət göstərən çöpçülərin məkanlarına yollanıblar. Uzun müddət ərzində çöpçülük fəaliyyəti ilə məşğul olan xanım bildirdi ki, tibb inkar edə bilər amma fakt olan odur ki, çöpçülük həqiqi müalicə üsuludur. O deyib ki, hətta bir çox həkimlər xəstələri özləri bizə yönləndirirlər.

Çöpçü xanım onu da əlavə etdi ki, çöp yalnız uşaqlarda olmur. Kifayət qədər yaşlı insanlar da var ki, çöp çıxarmaq üçün müraciət edirlər.

Valideynlər bildirirlər ki, uşaqlarını bura gətirdikdən sonra xəstəlikləri tamamilə sağalıb. Hətta çöpü qalan uşağı həkimə göstərməyi mənasız hesab etdilər.

Həkim-terapevt Nahid Məhərrəmov isə nə çöpçülərin, nə də onların yanına gələn valideynlərin dedikləri ilə qətiyyən razılaşmadığını bildirir. Həkim deyir ki, dünyanın heç bir yerində belə müalicə üsulu yoxdur. Həkim çöpçülüklə məşğul olanların sadəcə sehrbaz olduqlarını bildirdi.

Aydın olan isə odur ki, illər keçsə də, hələ də çöpçüyə müraciət edənlərin sayında azalma yoxdur. Ən azından bunu çöpçülərin qapısının ağzında olan növbədən açıq-aydın görmək mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.