Xərçəng əleyhinə hazırlanan çay

24-01-2020, 00:08           
Xərçəng əleyhinə hazırlanan çay
Həkim və teleaparıcı Yelena Malışeva onkoloji xəstəliklərə qarşı effektiv hesab etdiyi sadə bir çay reseptini açıqlayıb.

Teref.az medicina.az-a istinadən xəbər verir ki, çox zaman alternativ təbabət və türkəçarələ qarşı çıxan Malışeva bu dəfə özünün də içdiyi maraqlı çay reseptini paylaşıb.

“Jit zdorovo” verilişində o çayın hazırlanmasını belə izah edib:

Yaxşı keyfiyyətli yaşıl çay, sarıkök və zəncəfil tərkibli çay düzgün hazırlanmalıdır.

200qr yaşıl çaya 15mq sarıkök, 25mq qara üyüdülmüş istiot, 2qr zəncəfil götürülür.

Əvvəlcə çay dəmlənilir, 60 dərəcəyə kimi soyudulanda digərləri əlavə olunur. Gün ərzində içilir.

Malışeva bildirib ki, yaşıl çayda olan epiqallokatexin 3 qallat xərçəng yaradan zülalı blok edir, onun çoxalmasının qarşısını alır.

Çaya qatılan digər komponentlər də iltihabi və şiş proseslərini azaldır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.