Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir

25-01-2020, 04:36           
Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir
Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı İzabel duş Santuşun Portuqaliyada istifadə etdiyi vəsaitlərin Afrika ölkəsindən qanunsuz olaraq çıxarıldığı deyilir.

Trend-in məlumatına görə, bu barədə Anqolanın baş prokuroru Xelder Pitta Qros deyib.

Baş prokuror İzabel duş Santuşun Anqolanın ən böyük dövlət neft şirkəti "Sonangola"ya rəhbərlik etdiyi müddətdə apardığı əməliyyatlarla bağlı hazırda ölkədə davam edən istintaq ilə əlaqədar Portuqaliya səlahiyyətlilərindən kömək istədiyini təsdiqləyib.

Xelder Pitta 23 yanvarda Lissabona gəlib və hava limanında Portuqaliyanın baş prokuroru da daxil olmaqla bir sıra şəxslərlə görüşmək istədiyini bildirib.

Qeyd edilir ki, Anqolanın keçmiş prezidentinin böyük qızı çirkli pulların yuyulması, nüfuzdan ticarətdə istifadə, zərərli idarəetmə, sənədlərin saxtalaşdırılması və digər iqtisadi cinayətlərdə ittiham olunur. İzabel duş Santuşun Forbes jurnalına görə şəxsi sərvəti 2,2 milyard dollara çatır, telekommunikasiya və enerji şirkətlərində böyük paylara sahibdir, eyni zamanda Portuqaliyada daşınmaz əmlakların və bir sıra şirkətlərin əsas investordur. Belə ki, İzabel duş Santuş Portuqaliya "EuroBic" bankının askiyalarının 42 faizinə sahibdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.