Tarixin gedişini dəyişənlərin izləri Bakı ətrafında...

26-01-2020, 21:34           
Tarixin gedişini dəyişənlərin izləri Bakı ətrafında...
Qəsəbə sakinlərinin sözlərinə görə, Hun qəbiristanlığı hazırda Buzovnadakı ən qədim qəbiristanlıq hesab edilir.
Bakı kəndləri öz tarixi abidələri ilə qədim tarixə malik olduğunu sübut edir. Buzovna qəsəbəsi də qədim tarixə malik olan qəsəbələrdəndir.

Burada qədim alban kilsəsi, hun qəbirisrtanlığı və digər tarixi abidələr var. Deyilənə görə, qəsəbədə olan Hun qəbiristanlığı III əsrə aiddir. Qəbiristanlıqda qədim türbə, sərdabələr və qədim məzarlar var. Qəsəbə sakinləri bura da pir kimi baxır, arzu və diləklərini bura danışırlar.


Buzovna qəsəbəsində olan Hun qəbiristanlığı III əsrə aiddir
Qəsəbə sakinlərinin sözlərinə əsasən, Hun qəbiristanlığı hazırda Buzovnadakı ən qədim qəbiristanlıq hesab edilir.

İddialara görə, qəbiristanlıqda olan türbə İslam dini yayıldıqdan sonra tikilib. Burada 4 məzar var. Türbə Məhəmməd Əli türbəsi kimi tanınır.

Qəbirlər üzərində olan yazılarda qəbir sahiblərinə həsr edilmiş şeirlər qeyd olunub. Bununla yanaşı məzarların üzərində müxtəlif mənaları əks etdirən naxışlar və işarələr də var.


Qəbiristanlıqda olan türbə Məhəmməd Əli türbəsi kimi tanınır
Naxışlar arasında altıbucaqlı, səkkiz bucaqlı ulduz və digər simvollar var.

Ancaq təəsüflə qeyd etmək lazımdır ki, böyük tarixə malik olan qəbiristanlıqdakı məzarlar zamanla sındırılıb, dağıdılıb.

Qeyd edək ki, Hunlar II-IV əsrlərdə Orta Asiyadan Şərqi Avropaya kimi bir ərazini tutaraq Volqa çayından Reyn çayına kimi bir ərazidə Hun dövləti yaradan türk xalqlarıdır. Onların inanclarını əks etdirən səma, yerüstü və yeraltı tanrılar və ruhların simvolları sözügedən məzarların üzərində öz əksini tapıb.


Qəbiristanlıqdakı məzarlar zamanla sındırılıb, dağıdılıb
Hunlar "Xalqların böyük köçü"nə və dolayısı yolla bir vaxtlar dünyanın ağası olmuş Qərbi Roma imperiyasının süqutuna səbəb olmuş xalqdır. Onların başçısı Attilanı avropalılar "Allahın bəlası" adlandırıblar. Müəyyən bir dövrdə hunlar dünyanın ən qüdrətli tayfa ittifaqına başçılıq ediblər. Bundan əlavə, hunlar Çin imperiyasının ən qorxulu düşmənləri olublar və "Böyük Çin Səddi"ni çinlilər məhz onlardan qorunmaq üçün tikiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.