ABŞ-da koronavirusa yoluxanların sayı beş nəfərə çatıb

27-01-2020, 05:40           
ABŞ-da koronavirusa yoluxanların sayı beş nəfərə çatıb
ABŞ-da koronavirusa yoluxanların sayı beş nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ABŞ hökuməti yanında Xəstəliklərə Nəzarət və Xəbərdarlıq üzrə Mərkəzi yayıb.

Bildirilib ki, koronavirusa yoluxan şəxslər Amerikanın dörd (Arizona, Kaliforniya, İllinoys, Vaşinqton) ştatında aşkarlanıb.

Xəstəliyə yoluxanların hamısı Çinin Uhan şəhərindən gəlib.

Xatırladaq ki, Çində koronavirusa yoluxanların sayı 2,4 nəfəri ötüb, ölənlərin sayı isə 80 nəfərə çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.