Neftin qiyməti niyə ucuzlaşır?

27-01-2020, 23:50           
Neftin qiyməti niyə ucuzlaşır?
Azərbaycan nefti dünya bazarında ucuzlaşmağa davam edir.

Bu barədə Report.az xəbər verir.

Məlumata görə, ilk olaraq Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1.23 ABŞ dolları və yaxud 1.84 faiz azalıb.

Bildirilir ki, hazırda "Azeri LT CIF" markalı xam neftin qiyməti 1.34 ABŞ dolları və yaxud 2.04 faiz azalaraq 65.71 dollar təşkil edib.

İqtisadçi Toğrul Maşallı Toplum TV-yə deyib ki, neftin azalmasına əsas səbəblərdən biri Çində baş vermiş hadisələrdir: "Çində bu gün qeyri-iş günləri elan olunub. Bakı-Pekin reysi də ləğv olunub. Ora uçuşlar da azalıb. Ona görə də dünya bazarında neftin qiyməti aşağı düşüb və müvafiq olaraq da Azərbaycan neftinin də qiyməti aşağı düşüb”.

Toğrul Maşallı bildirib ki, 2-ci səbəb kimi dünya bazarında heç nə baş vermir deyə qiymətlər aşağı düşür: "Bundan əvvəl neftin qiymətinin qalxmasına səbəb kimi ABŞ və İran arasında baş verən hadisələr idi. İndi isə belə bir ciddi hadisə baş vermir deyə elə də ciddi səbəb yoxdur”.

T. Maşallı hesab edir ki, belə hadisələr 1 həftə, 1 ay ərzində itib-batır: "Keçən bu tarixlərdə viruslara görə düşmüşdü. Müəyyən müddətdən keçəndən sonra neftin qiyməti bərpa olmuşdu. Bizə təsiri isə uzun müddətli olmasa, ciddi bir təsiri olmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.