Dünyanı sarsıdan cəsus qalmaqalı: İki nəhəng ölkə qarşı-qarşıya gəldi

29-01-2020, 08:59           
Dünyanı sarsıdan cəsus qalmaqalı: İki nəhəng ölkə qarşı-qarşıya gəldi
Yaponiya ilə Rusiya arasında cəsus qalmaqalı yaşanır.

Publika.az xəbər verir ki, rəsmi Tokio, Rusiyanın cəsus elan etdiyi Yaponiya vətəndaşının qanunsuz fəaliyyətlə məşğul olmadığını bəyan edib. Bildirilib ki, deportasiya edilən şəxsin gizli məlumatlar ələ keçirməyə cəhd etdiyinə dair sübutlar yoxdur.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları hərbi məlumatları ələ keçirməkdə şübhəli bilinən Yaponiya vətəndaşını saxlayaraq, deportasiya edib. İddialara görə, özünü jurnalist kimi təqdim edən şəxs Vladivostok şəhərində hərbi məlumatlar ələ keçirməyə cəhd edib. Şübhəlinin adı açıqlanmır. Moskva məsələ ilə bağlı Yaponiyaya etiraz notası verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.