"Əsrin müqaviləsi"nin detalları açıqlandı

29-01-2020, 09:00           
"Əsrin müqaviləsi"nin detalları açıqlandı
Ağ Ev öz saytında Yaxın Şərqdə vəziyyətin nizamlanmasını nəzərdə tutan "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib.

Teleqraf.com xəbər verir ki, 180-dən artıq səhifəlik sənəd sərhədlər, Qüdsün statusu, ABŞ prezidenti Donald Trampın iqtisadi planı, təhlükəsizlik, sərhəd keçidləri, Qəzzanın statusu da daxil olmaqla 23 bölmədən ibarətdir.

Sənəddə həmçinin azad ticarət zonası, ABŞ ilə ticarət razılaşmaları, limanların statusu, Ölü dəniz, su ehtiyatları, məhkumlar və qaçqınlar, təhsil, qarşılıqlı tanıma və israillilər və fələstinlilər arasında münasibətlər, mövcud iddiaların həlli və gələcək danışıqların keçirilməsi qaydalarına dair də bölmələr var.

Plana "konseptual" xəritələr və təhlükəsizlik və demilitarizasiya meyarlarının təsviri əlavə edilib.

Qeyd edək ki, ABŞ-ın təklif etdiyi "əsrin müqaviləsi" İsrail və Fələstin münaqişəsinin nizamlanması üzrə plandır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.