Elm adamlarının gözü kosmosda: Hər an partlaya bilər – Yer təhlükədə

29-01-2020, 09:56           
Elm adamlarının gözü kosmosda: Hər an partlaya bilər – Yer təhlükədə
Dünyanın müxtəlif ölkələrindən olan elm adamları nadir hallarda baş verən olayı nəzərdən qaçırmamaq üçün demək olar, gözlərini göy üzündən ayırmır.

Teleqraf.com xəbər verir ki, elm adamları gözlə görülən ən parlaq ulduzlardan biri olan Betelgeyzin ehtimal olunandan daha tez partlayacağını iddia edirlər.

Bir nəhəng ulduzun partlaması məlum bir olaydır, amma bu prosesin daha tez baş verəcəyi gözlənilir. Nəhəng göy cismi hazırda partlamağa məhkum olan ulduzlar sırasındadır. Əsl məsələ isə nə vaxt partlayacağı ilə bağlıdır.

Ulduz 8-10 milyon, Günəş isə 4.5 milyard yaşındadır. Amma Betelgeyz nüvə enerjisini qeyri-adi sürətlə istehlak edir. Betelgeyz ömrünün son anlarını yaşayan, miqyası getdikcə genişlənən nəhəng, qırmızı rəngli bir ulduzdur.

Ölçüsü Günəşdən 550-990 dəfə böyük ola bilər. Elm adamlarına görə, parlaqlığındakı kəskin azalma ulduzun öz həyatını başa vurmağa yaxın olduğunu göstərir.

Supernova ulduzları çox böyük bir ölçüdə olan enerji ilə partlayır. Bu səbəbdən baş verəcək hadisə hiss edilə bilər, çünki Betelgeyz dünyaya çox yaxındır. Elm adamları bu olayın təsirlərinin aylarla davam edəcəyini ehtimal edir.

Supernovaların partlayışı ətrafa böyük ölçüdə temperatur yaya bilir. Bundan əvvəl baş verən partlayışlar Yer Kürəsində temperaturun yüksəlməsinə yol açıb. Bu partlamaların ozon təbəqəsinə zərər vermək potensialı da var. Habelə, dünyanın zərərli kosmik radiasiyaya məruz qalması da mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.