Rusiyalı şərhçi Kristofer Smitin Azərbaycan Aktı haqda: - “Debillər...”

26-12-2015, 14:31           
Rusiyalı şərhçi Kristofer Smitin Azərbaycan Aktı haqda: - “Debillər...”
ABŞ Konqresinin Helsinki komissiyasının həmsədri Kristofer Smitin Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi Rusiya internet-mediasında da müzakirə olunur.

Virtualaz.org xəbər verir ki, noteru.com saytında bloqqer-jurnalist Boris Terexov bu mövzuya həsr edilmiş məqaləsində Kristofer Smitin layihəsini sərt tənqid edib.

“Planetdə debillərin paradı davam edir. Və onlara komandanı da elə həmin yerdən (Vaşinqtondan) verirlər. Bu günlərdə Birləşmiş Ştatlarda konqresmen Kristofer Smit gözlənilmədən Azərbaycanın demokratik inkişafından narahat oldu və “Azərbaycanda demokratiya Aktı”nı irəli sürdü. Həmin Kris Smit hansısa Helsinki komissiyasının həmsədridir. Amerika hara, Helsinki hara, bu ayrı mövzudur. Ancaq daha önəmli olanı bu sənədin məzmunudur”-müəllif yazır.

Bloqqer bildirir ki, Kris Smitin Aktında Azərbaycana qarşı sektoral yox, total sanksiyalar nəzərdə tutulur. Hansı ki, belə sərt sanksiyaları Rusiya bir yana qalsın, hətta Kubaya və Şimali Koreyaya qarşı da tətbiq etməyiblər. Müəllif daha sonra Smitin layihəsinin məzmunu haqda məlumat verir, orada Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı çox sərt qadağaların tətbiqinin nəzərdə tutulduğunu xatırladır. “Nəzərə alsaq ki, Azərbaycan karvanına tərəf Amerikanın ardınca “suveren” Kanada və Avstraliya, Böyük Britaniya, habelə daha xırdalar, məsələn Polşa da hürməyə başlayacaq, o zaman konqresmenlərin mövqeyinə görə, Azərbaycanı hökmən Karfagenin taleyi gözləyir”-müəllif ironiya ilə yazır.

Bloqqer hesab edir ki, bütün bu hücumların məqsədi ehtiyatlı siyasət yürüdən, dünyanın iki qütbü arasında kifayət qədər istedadla manevr edən prezident İlham Əliyevi seçimə məcbur etməkdir. “Və ölkə tədricən də olsa lövbərini Amerika tərəfə yox, əks tərəfə salır. Bu yaxınlarda Azərbaycan rəhbərliyi Rusiyanın Suriyaya silah və hərbi texnika daşıması üçün öz hava məkanını açıb. Qərb partnyorlarının bunu etməmək barədə israrlı məsləhətlərinə məhəl qoymayıb”-müəllif bildirir.

Məqalədə deyilir ki, amerikalılar bu hərəkətləri ilə Azərbaycanı Rusiyaya tərəf meyl etməyə məcbur edirlər. Çünki Rusiya Əliyevlə bərabər tərəfdaş kimi danışmağa hazırdır, amerikalılar kimi təzyiq dili ilə deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.