Ermənilər Gürcüstanın Xucabi monastırını mənimsəməyə cəhd edir

6-07-2020, 09:44           
Ermənilər Gürcüstanın Xucabi monastırını mənimsəməyə cəhd edir
Salayev Kamal
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
[email protected]
012 5020148; 055 9016455

Ermənilər Gürcüstanın Xucabi monastırını mənimsəməyə cəhd edir
XIX-XX əsrlərdə Gürcüstandakı Qriqorian hərəkatının əsas istiqamətlərindən biri, gürcü kilsələrində və monastırlarındakı köhnə yazıların və Gürcüstanın digər xarakterik nişanlarının məhv edilməsi idi ki, bu da ermənilərə gürcü kilsələrini və gürcülərin digər mədəniyyət abidələrini mənimsəmək imkanını vermişdir. Tbilisidə, Samtsxe-Cavaxetiyada, Kvemo-Kartlidə, Samaçabloda və Gürcüstanın digər rayonlarında olan məbədlər [1] bu hərəkatın hədəfinə çevrilmişdir. Hətta ərəblərin ikiillik hökmranlığı dövründə belə gürcülərin xilas etdikləri ermənilər Gürcüstanda heç bir iş görməmiş, əksinə burada olan məbədləri və ikonları məhv etmişlər.

Qeyd edək ki, hələ 1987-ci ildə ermənilər gürcü məbədinə - Xucabi monastırına [1] dair iddia irəli sürmüşdülər ki, guya bu ərazidə qədim zamanlardan bəri ermənilər yaşamışlar və buradakı kilsə də ermənilərə məxsus olmuşdur. Lakin xüsusi bir komissiya, Gürcüstanda və Ermənistanda müəyyən edilmiş sənədlər əsasında abidənin Tamaranın dövründə inşa edildiyini və Gürcüstanın sərhədində olduğunu təsdiq etdi. 1918-ci ilin dekabrında isə ermənilər ingilislərin köməyi ilə Loru ələ keçirdikdən sonra Ermənistanın sərhədləri Xucabi monastırına daha yaxın oldu. Qeyd etmək lazımdır ki, məhz 1935-ci ildə ermənilər Xucabi monastırını vəhşicəsinə darmadağın edərək, oradan rus rahiblərini qovdular.
Gürcülərin gürcü məbədini ziyarət etməsi üçün kənd şurasının icazəsi tələb olunurdu. Axkerp erməniləri [2] kilsəyə gələn gürcüləri aqressiv şəkildə qarşılamış və öz “arqumentləri”nə bəraət qazandırmaq üçün bir əsr əvvəl oraya gətirilən, heç bir şeydən bəhs etməyən və üzərində təkcə ölən şəxsin adı qeyd olunan məzar daşına işarə etmişlər.
Xucabi monastrının əslində gürcülərə aid olmasına dair mətbuatda çoxlu məqalələr dərc olunmuşdur ki, ermənilər bunları da mənimsəmişlər. Bu faktı isə onlar 1986-1988-ci illərdə İrəvanda erməni dilində dərc edilmiş “Ermənistanın toponimlərinin və onun sərhədyanı ərazilərinin lüğəti”ndə [2] qeydə almışlar.
Qeyd etmək lazımdır ki, Xucabi monastırı XIII əsrə [3] aid olmuşdur. Ötən əsrin 80-ci illərinə qədər monastırın Gürcüstana məxsus olmasına dair heç kəs öz etirazını bildirməmişdir. 1988-ci ildə Qarabağ münaqişəsinin başlanmasından sonra da Ermənistan, monastırın yerləşdiyi əraziyə dair əsassız iddiasını irəli sürmüşdür.
Bir qayda olaraq, mənimsədikləri kilsələri erməniləşdirməyə cəhd edən ermənilər abidələrin adlarını dəyişmişlər. Bu baxımdan onlar Xucabi monastırını “Xuçap” [4] kimi qələmə verirlər. Bu barədə regnum.ru – saytındakı “Tərk edilmiş Ermənistan” adlı məqalədə qeyd olunur. Ermənilər arsızcasına, gürcü pravoslav kilsəsinin guya Ermənistanın ərazisindəki kilsələrə dair iddia qaldırdığını və onların arasında “Xuçap” monastırının da olduğunu qeyd edirlər. Ermənilər, “restavrasiya etmək” adı altında gürcü kilsələrini erməniləşdirməyə çalışırlar ki, buna sübut olaraq da 2006-cı ilin fevralında arxiyepiskop Sabanın başçılığı ilə keçirilən iclasda, “qədim tarixi yeparxiyalardan birinin – Aqarak-Taşir”in bərpa olunmasına və Dmanisi yepiskopluğunun onun tabeliyində olmasına dair verilən qərarı qeyd etmək olar. Erməni apostol kilsəsi [5] o zaman belə bəyan etmişdi ki, “Loridə yeparxiyanın yaradılması əvəzinə Gürcüstan tərəfi Gürcüstandakı erməni yeparxiyasına rəsmi status verməli, Gürcüstanın ərazisində yerləşən erməni kilsələrinin erməni apostol kilsəsinə qaytarılması məsələsini həll etməlidir”. Lakin erməni mətbuatında da qeyd olunduğu kimi [5], erməni apostol kilsəsinin bu əsassız tələbləri rəsmi şəkildə öz əksini tapmadı. Məsələ ilə bağlı Gürcüstanın XİN-inin sabiq müavini Aleksandr Nalbandov [6] da, erməni icmasının kilsələrin qaytarılmasına dair tələblərinin heç bir əsasının olmadığını qeyd etdi. Onun sözlərinə görə, tarixçilərin son araşdırmaları yalnız erməni icmasının iddia etdiyi kilsələrin gürcü kilsələri olduğunu təsdiqləmişdir.
Ermənilərin gürcülərin Xucabi monastırını mənimsəməyə cəhd etməsinə dair təxribatçı fəaliyyətlərinə daha bir sübut olaraq, 2005-ci ildə [7] baş vermiş hadisəni göstərmək olar. Bu vaxt Gürcüstanla Ermənistanın sərhədindəki erməni sərhədçiləri Gürcüstanın Mze telekanalının jurnalistlərinin istiqamətində atəş açmışlar. Jurnalist Georgi Kalandiyanın verdiyi məlumata əsasən, Marneuli rayonunda Gürcüstan sərhədinin bütövlüyü pozulmuş və o, çəkiliş qrupu ilə oraya getməyə qərar vermişdir. Məlum olmuşdur ki, ermənilər Xucabi monastırını Ermənistan ərazisinə yerləşdirməklə 300 metr məsafəni keçmişlər. Çəkiliş qrupu kilsənin çəkilişlərinə başlayanda isə erməni sərhədçiləri onların istiqamətində atəş açmağa başlamışlar. Erməni sərhədçiləri öz əməllərinə bəraət qazandıraraq, guya jurnalistlərin sərhədi pozduqlarına və icazələri olmadan Ermənistan tərəfinə keçdiklərinə görə onlara atəş açdıqlarını bildirmişlər. Jurnalistin verdiyi məlumata əsasən, açılan atəş bir neçə dəqiqə ərzində, jurnalistlərin çəkilişlərinin başa çatdırmasınadək davam etmişdir. Qeyd edək ki, erməni sərhədçiləri media hüququnu pozaraq, qanunsuz şəkildə jurnalistlərin istiqamətində atəş açmışlar. Çünki bu ərazinin statusu rəsmən müəyyənləşdirilməmiş və Ermənistanın bir hissəsi olmamışdır. Ermənilər sadəcə yalanlarının üzə çıxmasından ehtiyat edərək, həqiqəti ört-bastır etmək üçün öz peşə vəzifələrini yerinə yetirməyə çalışan gürcü jurnalistlərini qətlə yetirməyə çalışmışlar.
2019-cu ildə Ermənistan yenidən Xucabi monastırına dair əsassız iddiasını irəli sürmüşdür. Lakin bu zaman Gürcüstanın XİN-inin verdiyi məlumata əsasən [8], Gürcüstanla Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası prosesi başa çatmamış və Xucabi monastırı Ermənistan tərəfinə təhvil verilməmişdir. Belə ki, dövlət sərhədinin delimitasiyası başa çatana qədər, Xucabi monastırının yeri qanuni olaraq müəyyənləşdirilməmişdir. “Gürcüstanla Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası prosesi başa çatmamışdır. Delimitasiya ilə bağlı dövlət komissiyası tərəfindən tərəflər arasında sahəsi 160 kilometr (təxminən 71%) olan dövlət sərhədinin olmasına dair razılıq əldə olunmuşdur. Qalan 65 kilometr sahəsi olan dövlət sərhədi barəsində isə danışıqlar gedir. Delimitasiya işlərinin başa çatma tarixi, tərəflər arasındakı sərhədin bütün uzunluğu üzrə mümkün razılaşmadan asılıdır. Xucabi monastırına gəldikdə isə, onun yeri qanuni olaraq dövlət sərhədinin delimitasiyası başa çatanadək müəyyənləşdirilə bilməz”, - deyə Gürcüstan XİN-inin bəyanatında qeyd olunur. Məqsədlərinə nail ola bilməyən ermənilər, bu vaxt feysbuk sosial şəbəkəsində, sərhədlərin delimitasiyası və Xucabi monastırının guya Ermənistana verilməsi bağlı saxta məlumatlar yaymışlar.
Son olaraq belə bir qənaətə gəlirik ki, ermənilər “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün Gürcüstanın rayonlarındakı kilsələri məqsədyönlü şəkildə məhv edir, adlarını dəyişir və “restavrasiya etmək” bəhanəsi ilə erməniləşdirirlər. Ermənilər əməllərinin ortaya çıxmamasından ötrü cinayətə də əl atırlar. Bu baxımdan media azadlığından xəbərsiz olan ermənilərin 2005-ci ildə, öz peşələrini yerinə yetirməyə çalışan gürcü jurnalistlərinə atəş açması, əslində Ermənistana dünya miqyasında terrorçu ölkə imicini qazandıran başlıca amillərdən biridir.


Ədəbiyyat siyahısı:
1. Тетвадзе Шота, Тетвадзе Отар
http://nofalsify.com/sitat/1557_Тетвадзе-Шота,-Тетвадзе-Отар.html
2. «АРМЯНЕ В ГРУЗИИ (с древних времён до сегодняшнего дня) Тбилиси - 2008
http://www.new.pdfm.ru/35filologiya/56188-1-armyane-gruzii-s-drevnih-vremen-segodnyashnego-dnya-tbilisi-2008-posvyaschaetsya-svyatoy-pamyati-nino-georgiya-tetva.php
3. Грузия занялась демаркацией своих границ с помощью Штатов /24.09.2019/
https://pravdoryb.info/gruziya-zanyalas-demarkatsiey-svoikh-granits-s-pomoschyu-shtatov.html
4. Покинутая Армения: Хучап /02.14.2011/
https://regnum.ru/news/cultura/1374375.html
5. Виктор Якубян: Армения - Грузия: рабская дружба /28.01.2011/
http://yerkramas.org/article/13547/viktor-yakubyan-armeniya---gruziya-rabskaya-druzhba
6. Армянская церковь считает абсурдным утверждение о том, что некоторые армянские храмы Грузии - грузинские
http://skgazeta.ru/rubriki/transcaucasus/38392-armyanskaya-cerkov-schitaet-absurdnym-utverzhdenie-o-tom-chto-nekotorye-armyanskie-xramy-gruzii-gruzinskie.html
7. Where is the Georgia-Armenia Border? /21.04.2005/
http://www.humanrights.ge/index.php?a=main&pid=5961〈=geo)
8. МИД Грузии: Монастырь Худжаби не передавался армянской стороне /18.09.2019/
https://www.apsny.ge/2019/pol/1568843553.php
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.