TORPAQ TUTMAQDAN GÖZÜ DOYMAYAN RUSİYA.

1-08-2020, 16:11           
 TORPAQ TUTMAQDAN GÖZÜ DOYMAYAN RUSİYA.
Rusiya Federasiyası tərkibində Kırım Respublikası xaric 21 respublika,6diyar,49 vilayət,11 milli muxtar mahal mövcuddur.1917-ci ilə qədər ərazisi 23 milyon kv km yaxın olan Rusiyanın heç vaxt torpaq tutmaqdan gözü doymamış, daima ərazisində olan başqa xalqlara gəlmə demiş,o cümlədən, biz azərbaycanlıları da gəlmə adlandırmışlar.1991-ci ildə SSRİ dağıldıqdan sonra 5 milyon kv km Rusiyadan ayrılsa da bu gün Rusiya ərazisi dünyanın ən böyük dövlətləri olan Amerika, Çin, Kanadanın(hərəsinin 10 milyon kv km ərazisi var)ərazisindən 2 dəfəyə yaxın çoxdur.Hal-hazırda Rusiyanın 17 milyon 75 min kv km ərazisi var.Buna baxmayaraq Rusiya Gürcüstandan Abxaziya və Cənubi Asetiyanı Moldaviyadan Pindistrovyanı, Ukraynadan ərazisi 52 min kv km olan Lulqansk və Donetsk vilayətlərini müxtəlif bəhanələrlə özünə birləşdirməyə çalışır.10-cu əsrə qədər heç bir dövlətçilik ənənəsi olmayan Ruslar 10-cu əsrin sonlarında indiki Ukrayna ərazisində,təxminən ərazisi 50-60-min kv km olan Kiyev-Rus dövlətini yaratmışdır.Sonralar isə ərazilərini şərqə və şimala doğru genişləndirən ruslar bir çox knyazlıqlar yaradılmışdır.13-cü əsrin əvvəllərindən 1480-ci ilə qədər Monqol-Tatarların tabeçiliyində yaşayan ruslar vahid bir ərazidə, bir dövlətin tərkibində birləşmiş, 15-ci əsrin sonlarında Tatarlardan asılılıqdan xilas olduqdan sonra ilk növbədə daima onları basqı altında saxlayan və onların şərqə doğru yürüşlərinə mane olan Kazan Tatarlarını 1556-cı ildə işğal etmişlər.Bundan sonra rusların şərqə doğru yürüşlərinin qarşısını ala biləcək xalq qalmamışdır,belə ki,Ural dağlarından Kamçatkaya qədər 12 milyon kv km ərazidə soyuq iqlimə görə heç vaxt çoxsaylı əhali yaşamamışdır.Bu da rusların tez bir zamanda Uraldan Sakit okeana qədər əraziləri tutmasına səbəb olmuşdur.Bir çox siyasətçi və politoloqlar V.Putin dönəmindən sonra Rusiya Federasiyasının parçalanacağını iddia edirlər.Lakin Rusiya Federasiyasının tərkibində olan 21 respublikadan yalnız 9-nun xarici dövlətlə sərhəddi var.Hətta onların bir çoxunun respublikası mövcud olsa da əhalisi həddən ziyadə azdır.Misal olaraq 1939-cu ildə Finlandiyadan zorla qoparılmış ərazisi 172,4 min kv km olan Kareliya respublikasının ərazisində 100 min Karel və ya Fin yaşayır, belə olduqda sayları kəskin azalan xalqların Rusiyadan ayrılmaq imkanı sıfıra bərabərdir.Lakin buna baxmayaraq 1991-ci il SSRİ dağıldıqdan sonra Çeçenistan, Tatarıstan, Başqırdıstan,Yakutiya respublikaları müstəqilliyə can atırdılar. 1992-ci ildə sözügedən respublikalar müəyyən şərtlərlə ittifaq müqaviləsinə imza atdılar. Çeçenstan isə müharibədə məğlub olduqdan sonra ruslara tabe oldu. Gələcəkdə Rusiya Federasiyasından yalnız Şimali Qafqazda yerləşən Dağıstan, İnquşetya, Çeçenistan, Buryatya, Saxa-Yakut, Başqırdıstan və Tatarıstan respublikalarının ayrılmaq imkanları ola bilər.Lakin hesab etsək ki,Rusiya Federasiyasından 21 respublikanın hamısı ayrılsa belə 4 milyon 354 min kv km ayrıla bilər və yenə də Rusiya 12 milyon 646 min kv km ərazi ilə dünyanın ən böyük dövləti olaraq qalacaq.Şimali Qafqazda əsasən müsəlmanlardan təşkil olunmuş 7 respublikanın 111,3 min kv km ərazisi, 6 milyona yaxın əhalisi var.Buddist Kalmıklarla birlikdə 187,4 min kv km ərazisi var.Kalmıqlar özləri isə 200 minə yaxındırlar.Rusiya tərkibində olan 20 respublikanın cəmi ərazisi 1,3 milyon kv km təkcə Saxa-Yakut respublikasının ərazisi isə 3 milyon 103 min kv kmdir.Yakutya da xarici dövlətlərlə sərhəddi olmayan respublikalardan biridi, amma, Şimal Buzlu Okeana çıxışı var. Rusiya Federasiyasına daxil olan respublikalar haqqında ümumi məlumata baxaq.Rusiyanın cənubunda, Şimali Qafqaz bölgəsində 8 respublika var, belə ki,1)Adıgey respublikası ərazisi 7,6 min kv km,ümumi əhalisi 600 min adıgeylər 130 min nəfər.2)Qaraçay-Çərkəz Respublikası-ərazisi 14,1 min kv km,ümumi əhalisi 700 minə yaxın,qaraçaylar(türkdilli) 200 min,çərkəzlər 100 minə yaxın.3)Kabardin-Balkar Respublikası-ərazisi 12 min kv km,ümumi əhalisi 1 milyona yaxın,kabardinlər 530 min,türk dilli balkarlar 170 min nəfər təşkil edir.4)Şimali Asetiya-ərazisi 8 min kv km,asetinlər 521 min nəfər.5)İnquşetiya-ərazisi 2,8 və ya 3 min kv km,əhalisi 600 minə yaxın,450 min İnquş yaşayır.6)Çeçenistan-ərazisi 16 min kv km,ümumi əhalisi 1,6 milyon,çeçenlər 1,4 milyon nəfər.7)Dağıstan Respublikası-ərazisi 50,3 min kv km, ümumi əhalisi 3,2 milyon,dünyada ən çox etnik qrup yaşayan respublikadır.Ən çox təxminən 800 minə yaxın Avar,530 minə yaxın Dargin,442 minə yaxın Qumuk türkləri,385 min ləzgi,rəsmi olaraq Rusiya Federasiyasında yaşayan 621 min nəfər azərbaycanlıdan 130 mindən çoxu Dağıstanda,əsasən Dərbənd rayonunda yaşayır.8)Kalmıkya-ərazisi 76,1 min kv km,ümumi əhalisi 500 minə yaxın,200 min kalmık yaşayır.
Rusiyanın mərkəzində yerləşən Respublikalar:9)Mare-el Respublikası-ərazisi 23,2 kv km,ümumi əhalisi 1,3 milyondur,600 min marilər yaşayır.10)Mordva Respublikası-ərazisi 26,2 kv km,ümumi əhalisi 1,5 milyon,843 min mordvinlər yaşayır.11)Türk dilli Çuvaş Respublikası-ərazisi 18,3 min kv km, əhalisi 2 milyona yaxın,1,7 milyon Çuvaş yaşayır.12)Tatarıstan Respublikası-ərazisi 68 min kv km, əhalisi 5 milyon nəfər, 3 milyon tatar yaşayır, ümumilikdə Rusiyada isə 7 milyona yaxın tatar yaşayır.13)Başqırdıstan-ərazisi 143,6 min kv km, əhalisi 5 milyona yaxın,1,7 milyon başqırd yaşayır.Əhalisinin 39%-ini ruslar,25%-ini tatarlar təşkil edir.14)Udmurt Respublikası-ərazisi 42,1 min kv km, ümumi əhalisi 1,8 milyon nəfərə yaxın, 800 min udmurt yaşayır, bu respublikaların heç birinin xarici dövlətlərin sərhəddi yoxdur.
Uzaq şərq respublikaları:
15)Altay Respublikası-ərazisi 92,6 min kv km, ümumi əhalisi 600 min nəfər,türkdilli altaylar 200 minə yaxın.Qazaxıstan Çin və Monqolustanla həmsərhəddir.16)Tıva Respublikası-ərazisi 170,5 min kv km,ümumi əhalisi 500 minə yaxın, türkdilli tıvalılar 200 min nəfər(dinləri buddist), həmçinin Monqolustanla həmsərhəddir, 1944-cü ilə qədər müstəqil dövlət olmuşdur.17)Xakkasiya Respublikası-ərazisi 62 min kv km, ümumi əhalisi 830 min nəfər, tüərkdilli xakkaslar 180 min nəfər.18)Buryad Respublikası-ərazisi 351,3 min kv km,ümumi əhalisi 1,3 milyon,Monqolların bir hissəsi olan buryatlar 500 minə yaxın.19)Saxa-Yakut Respublikası-ərazisi 3 milyon 103 min kv km,ümumi əhalisi 1,2 milyon,türkdilli yakutlar 480 min nəfər.
Şimalda yerləşən Respublikalar:20)Finlandiyanın sərhədində yerləşən Karelya Respublikası-ərazisi 172,4 min kv km,findilli karellərə 100 minə yaxın təşkil edir.21)Komi Respublikası-ərazisi 415,9 min kv km,ümumi əhalisi 1,6 milyon,komilər 300 minə yaxın təşkil edir.
Dünyanın ən güclü 2-ci ordusuna məxsus və atom silahına malik olan nəhəng Rusiya dövlətinə ərazi iddiası edən ölkələr:1,5 milyon əhalisi olan Estoniya:Çud gölünün sahilinə və İvanqorod şəhərinə(Leninqrad vilayəti),Peçora şəhəri ilə Peçora rayonuna(Pskov vilayəti);
Latviya:Pıtalov rayonuna(Pskov vilayəti);
Finlandiya:Vıborq şəhərinə və Kareliyanın bir hissəsinə;
Yaponiya:"şimal torpaqları" adlanan bir qrup Kuril adalarına(İturup,Kunaşir,Şikotan,Xabomia).
Bu ərazilər ikinci dünya müharibəsində keçmiş SSRİ tərəfindən tutulmuşdur.Son vaxtlar Rusiya hakim dairələrinin bitib tükənməyən torpaq iştahası daha daha da artmışdır.İş o yerə çatmışdır ki,Rusiya dövlət başçısı səviyyəsində ərazi iddiaları səsləndirilmişdir.Putin uzun müddət hakimiyyətdə qalarsa Estoniya,Ukrayna,Qazaxıstan respublikaları ilə yeni münaqişələr yarada bilər.Amma onun SSRİ ni yenidən hansısa formada bərpa etmək arzusu heç vaxt reallaşmayacaq və xəyal olaraq qalacaq.
Mobil Vəkilov
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.