QAFQAZDA RUS-TÜRK RƏQABƏTİ VƏ GÜC NÜMAYİŞİ – Bölgədəki son gərginliyin alman mediasında əks-sədası

3-08-2020, 12:33           
QAFQAZDA RUS-TÜRK RƏQABƏTİ VƏ GÜC NÜMAYİŞİ –
Silviya Ştober

“Tagesschau” (Almaniya), 01.06.2020



Türkiyə Azərbaycanla hərbi təlimlər keçirir. Bu, qonşu Ermənistan və onun gücü qoruyucusu olan Rusiya ilə gərginliyi artırır – Moskva ilə Ankara arasındakı daha bir münaqişə.

Demək olar ki, dünya tərəfindən unudulan Naxçıvan Avropa və Asiyanın mərkəzlərindən uzaqdır. Anklav Azərbaycana aiddir və Ermənistanla İran arasında keçidlə təcrid olunub. Ziyarətçilər nadir hallarda Saarlanddan iki qat böyük olan bölgəyə yol salırlar.

Xüsusilə, diktatura sərtliyi ilə idarə olunduğu üçün 400.000 sakin olan bölgə müvafiq şəkildə qorunur. Maraqlı suallar ümumiyyətlə, şübhə ilə qarşılanır. “Axı, Naxçıvan geosiyasi baxımdan vacib bir bölgədir”, – cavabını alırsınız. Əslində, Naxçıvan Sovet İttifaqı dövründə çox ciddi qorunan sərhəd bölgəsi idi.



Kütləvi gərginlik şəraitində manevrlər

Anklav hələ də strateji hərbi əhəmiyyət daşıyır. Axı, Naxçıvanı Azərbaycanın qardaş ölkəsi və strateji tərəfdaşı olan Türkiyə ilə 17 kilometrlik bir sərhəd birləşdirir.

Hər iki ölkənin silahlı qüvvələri avqustun 10-dək birgə hərbi təlimlər keçirir. Təlim məkanlarından biri də Naxçıvan şəhəridir. Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Çərşənbə axşamı oraya enib.

Təlimlər uzun müddət mövcud olan və davamlı genişlənən hərbi müqavilələr çərçivəsində keçirilir. Ancaq son həftələr xüsusilə gərgindir. İyulun ortalarında Azərbaycanla Ermənistan arasında döyüşlər başlayıb, bu zaman hər iki tərəf ağır silahlardan və dronlardan istifadə edib.

Bu, 2016-cı ildən bəri iki ölkə arasında ən şiddətli qarşıdurma idi. Əsas diqqət 1990-cı illərin əvvəllərində vəziyyəti müharibədən kövrək atəşkəs rejiminə dəyişən Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə yönəlib. Ancaq indi münaqişə Dağlıq Qarabağdan kənara çıxıb.

Son bir neçə gündə rəqiblər artilleriya ilə bir daha döyüşməyiblər. Lakin atəş davam edir: hər iki hökumət, demək olar ki, hər gün qarşı tərəfin atəşkəsi pozduğunu bildirir və vurulan dronları təqdim edir.

İnsidentlər çox uzaqda yerləşən Naxçıvan əyalətinin sərhəd bölgəsində də getdikcə artmaqdadır.



Ermənistanda minlərlə rus əsgəri

Ermənistan silahlı qüvvələri də əməliyyat hazırlığı nümayiş etdirirlər. Müdafiə naziri David Tonoyan Ermənistanın cənub-qərb sərhəddində yeni qurulmuş hərbi bazaya səfər edib.

Onun silahlı qüvvələri də Rusiya ilə iyulun 23-ə planlaşdırılan hərbi təlimlərə başlayıb. Rusiya – Ermənistanın qoruyucu qüvvəsidir və minlərlə əsgəri Türkiyə ilə sərhəddə yerləşən hərbi bazaya yerləşdirib.

İrəvanda Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri hərəkətə gətirilib: düşmən dronlarına qarşı mübarizə və öz dronlarından kəşfiyyat üçün istifadəsi təlimləri keçirilib.

Son vaxtlar Rusiya hücum helikopterlərinin Ermənistan-Türkiyə sərhədində göründüyü barədə də məlumatlar var.



Türkiyə ilə Rusiya arasında maraqlar toqquşması

Türkiyə ilə Rusiya arasındakı rəqabət aydın olur. Sonuncu sərhədlərindən cənubdakı bölgəyə təhlükəsizlik zonası olaraq iddia edir və hər ikisinə təsirini qorumaq üçün münaqişə tərəfləri arasında tarazlığa çalışır: Rusiya təkcə Ermənistanın gücü qoruyucusu deyil, o, həmçinin Azərbaycana silah satır.

Döyüşlər iyulun ortalarında başlayandan sonra Rusiya hökuməti təmkinli təpki verib.

Eskalasiyanın artması Moskvanın marağına uyğun gəlmir: o zaman Ermənistanın tərəfini tutmalı olacaq, Türkiyə və digər güclər öz təsir dairələrində münaqişəyə daha çox cəlb olunacaqlar.

Digər tərəfdən, Türkiyə rəhbərliyi son həftələrdə təcavüzkardır: prezident Rəcəb Tayyib Ərdoğan Ermənistanı qınayıb və Azərbaycana dəstək verib. Türkiyə müdafiə sənayesinin başçısı Azərbaycanın silahlı qüvvələrinin genişlənməsində kömək təklif edib.

Ankaradakı hökumət ən azı şifahi olaraq bu qarşıdurmada “Bir millət-İki dövlət” şüarına ciddi yanaşdığını və bunun təkcə Azərbaycanı deyil, bölgədəki digər türkdilli ölkələrlə həmrəyliyini və öz lider rolunu sübut etmək istəyir. Bu yanaşma Ankaradakı hökumətin davakar xarici siyasətinin bir hissəsidir.

Rusiya ilə də münaqişələr var – Suriya və Liviyada, məsələn, hər ikisi artıq qarşı tərəflərdir. Xüsusilə, Suriyada böyük eskalasiyanın qarşısını almaq çətin idi. Ərdoğan və Putin, həmçinin Ermənistan və Azərbaycan arasındakı münaqişə barədə ünsiyyətdə olub və onun sülh yolu ilə həllində maraqlı olduqlarını söyləyiblər.

Ancaq ermənilər və azərbaycanlılar arasındakı həddən artıq gərgin atmosfer sakitləşdirilməli və strateji əhəmiyyətli Naxçıvanda tədricən eskalasiyanın qarşısı alınmalıdır.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.