Müəllimlərin işə qəbulu üzrə imtahanlar başladı - Bu gün keçirilən imtahanlarda 2 minə yaxın namizəd iştirak edib

15-08-2020, 00:00           
Müəllimlərin işə qəbulu üzrə imtahanlar başladı - Bu gün keçirilən imtahanlarda 2 minə yaxın namizəd iştirak edib
Müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. İmtahanın ilk günündə fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər iştirak ediblər. İmtahan keçirilən bütün mərkəzlərdə isə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər nəzərə alınıb. Əməkdaşlarımız da imtahan keçirilən mərkəzlərdən birində olub, prosesin canlı şahidi olublar. İzləyək.

Bu il pandemiya səbəbindən müəllimlərin işə qəbulu üzrə imtahanlar bir qədər fərqli keçirildi. Bütün namizədlər imtahan verdikləri 90 dəqiqə ərzində tibbi maskada oldular. Bundan başqa, yaşanan sıxlığın qarşısını almaq üçün ilk dəfə bölgələrdə də imtahanlar təşkil edildi. Amma bütün fərqliliklərə baxmayaraq imtahan verən namizədlər suallardan razıdırlar.

Məhbubə Əzimli – imtahan verən

Hardasa 50-ə yaxın sualı cavablandırdırdım. Çox yaxşı suallarıydı. Rahatıydı. Orta demək olar. Bu il bizə 90 dəqiqə bitdikdən sonra 10 dəqiqə vaxt verdilər ki, səhvlərimizə baxaq. Bu ilk dəfə üçün çox yaxşıydı. ən azından biz harada səhv elədiyimizi gördük.

Tünzalə İsgəndərova – imtahan verən

Sualların çətinlik səviyyəsi orta səviyyədə idi. Hər şey dəqiq idi, qaydasında idi, hər şeyə əməl olunurdu.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu gün 2 minə yaxın namizəd fizika və fransız dili müəllimi olmaq üçün imtahan verdi. Bütün imtahanlar yekunlaşdıqdan sonra onlar üçün vakansiya seçimi başlayacaq.

Eşqi Bağırov – TN-nin insan resursları şöbəsinin müdiri

Bu mərhələdən də uğurla keçən namizədlər ümumtəhsil məktəblərinə müddətli müqavilə əsasında işə qəbul olunacaqlar. Daha sonra müsahibə mərhələləri başlayacaq. Müsahibə mərhələlərindən uğurla keçən namizədlər daimi əsaslarla işə qəbul olunacaqlar.

Müəllimlərin işə qəbulu üzrə imtahanlar şənbə və bazar günləri istisna olmaqla, 18 gün davam edəcək.

atv.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.