Bakıda XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb

21-09-2020, 11:43           
Bakıda XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb
Bakı məktəblərinin məzunları qızıl və gümüş nişanla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si gümüş nişana layiq görülüb.

İdarədən APA-ya verilən məlumata görə, əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə ötən tədris ilində təhsil müəssisələrini bitirən məzunlardan 125-i qızıl, 76-sı isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişana namizədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.