Sovet Azərbaycanında vəzifədəki ermənilər - Nəsiman Yaqublunun araşdırması

21-09-2020, 12:05           
Sovet Azərbaycanında vəzifədəki ermənilər -
İstər çar Rusiyası, istərsə də sovet rejimi dövründə ermənilər Azərbaycanda yüksək vəzifələrə yerləşdirilmiş və yerli əhaliyə qarşı amansız davranışlar ortaya qoymuşlar.Rusiyanın ən etibarlı dayağı olan bu toplum müsəlman əhaliyə qarşı sərt münasibətləri ilə əslində “Moskva”nın istəklərini icra etmişlər.

Bundan əzab çəkən isə yerli əhali olmuşdur.1920 –ci ilin aprelində Azərbaycanı işğal edən Sovet Rusiyası ilk günlərdən istintaq orqanlarına, xüsusən “Çeka”ya ermənilərin qəbul edilməsinə şərait yaratmışdır. Onlar isə bu imkandan bəhrələnərək azərbaycanlılardan qisas almağa başlamışlar.1920 – ci illərdə yalnız “Çeka” da olan ermənilərin sayı 32- yə qədər idi.Təəssüflər ki, sonrakı illərdə də Azərbaycan rəhbərliyində ermənilərə “yaşıl işıq” yandırılmış və onlar da millətimizdən keçmiş qisaslarını müxtəlif formalarda almışlar. Hətta Azərbaycan Mərkəzi Komitəsində onların şikayət məktublarının üstündə kiril əlifbası ilə “K” hərfi yazılırdı, yəni xüsusi “kontrol”(nəzarət). Yəni ermənilərin şikayətinə xüsusi diqqət göstərmək.

Qeyd edək ki, ermənilərə qoyulan abidə və verilən küçə adlarının siyahısını da bura əlavə etsək daha acınacaqlı faktlarla rastlaşacağıq. Yalnız Şaumyanın adına olan yer adlarının sayı dediklərimizə sübutdur. Qarabağda-Xankəndində(Stepanakertdə) bütün yazılar erməni dilində aparılır və sanki bu bölgənin Azərbaycana aid olmaması mənzərəsi yaradılırdı. İndi oxuculara Sovet Azərbaycanında yüksək vəzifə tutmuş ermənilərin siyahısını təqdim edirəm. Bu sübut edir ki. Ermənilər yalnız Qarabağı deyil, eləcə də bütün Azərbaycanı işğal etmişdilər.

1920- 1930 - cu illərdə

1. Levon İsayeviç Mirzoyan: 21 yanvar 1925 - 5 avqust 1929-cu illərdə Azərbaycan Kommunist Partiyasına başçılıq etmişdir.

1897-ci ildə Elizavetpol quberniyasının Şuşa qəzasında anadan olub. Milliyyətcə ermənidir. SSRİ NKVD (XDİK)-nin “üçlüyü”nə daxil idi və azərbaycanlıların qətlə yetirilməsində xüsusi rolu olub. Bir müddət Bakı şəhər Partiya Komitəsinə də başçılıq edib. 1937-1938-ci illərdə Qazaxıstan Ümumittifaq Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olub. 1939-cu ildə güllələnib.

2. Ruben Qukasoviç Rubenov: 7 fevral 1933-cü il - 10 dekabr 1933-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etmişdir.

1893-cü ildə Tiflisdə erməni ailəsində anadan olub. 1914-cü ildən RSDFP-nin üzvü olub. 1918-ci ildən partiya və dövlət işində olub. 1937-ci ildə güllələnib.

1960-CI İLLƏRDƏ AZƏRBAYCAN DÖVLƏT TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNDƏ

ÇALIŞAN ERMƏNİ ZABİTLƏRİ

1920-ci illərdən başlayaraq Azərbaycanın güc strukturlarında çalışan ermənilər sonrakı dövrdə də bu “fəaliyyətlərini” davam etdirdilər.

1960-cı illərdə Azərbaycan DTK-sında çalışmış erməni zabitlərinə Komitə rəhbərliyinin yazdığı xarakteristikalar:

1. Sergey Ohanesoviç Ohanesyan (mayor) - 1924-cü il təvəllüdlü, 1947-ci ildən Sov.İKP üzvü.

Arayış: “1947-ci ildən Dövlət Təhlükəsizliyi orqanlarında çalışan Ohanesyan vicdanlı və icraçı zabit olaraq özünü müsbət tərəfdən göstərmişdir. Ona tapşırılan işi müvafiq tələbkarlıqla yerinə yetirir, nəticədə müsbət göstəricilərə nail olub yüksəlmişdir. Ayıqlığın artırılmasında və şəxsi heyətin tərbiyə olunmasında komandanlığa və hissənin partiya-siyasi aparatına kömək edir.

ÜFK (Ümumittifaq Fövqəladə Komissiyası – red.) (VÇK - Vsesoyuznaya Çrezvıçaynaya Komissiya), DTK (Dövlət Təhlükəsizlik Komitəsi) KQB (Komitet Qosudarstvennıy Bezopasnosti) orqanlarının yaradılmasının 50 illiyi ilə əlaqədar onun Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsinə baxmağınızı xahiş edirəm.

2. Balasanov Qurgen Avakoviç (kapitan) - 1912-ci il təvəllüdlü, 1939-cu ildən Sov. İKP üzvü.

“1939-cu ildən Dövlət Təhlükəsizlik orqanlarında işləyir. Bütün müddətdə operativ-istintaq vəzifələrində olub. Müsbət xarakterikalıdır. İcraçı və intizamlı əməkdaş kimi operativ-agentura sahəsində böyük təcrübəsi var. İşdə müsbət göstəriciləri olduğundan bir neçə dəfə dəyərləndirilmişdir”.

1980-ci İLLƏRİN SONUNDA AZƏRBAYCANDA

YÜKSƏK VƏZİFƏ TUTAN ERMƏNİLƏRİN SİYAHISI

1. A.A.Ayriyan – Azərbaycan SSR Meşə və Ağac Emalı Sənayesi naziri.

2. V.N.Nersesyan – Bakı şəhəri Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsinin Birinci katibi.

3. N.B.Qabrielyan – “Azərittifaq” katibinin müavini.

4. A.S.Bedcanyan – Azərbaycan SSR Prokurorluğunda İstintaq İdarəsinin prokuroru.

5. S.M.Ohacanyan – “Azərkimya” Birliyi Sədrinin birinci müavini.

6. B.A.Ayrapetov – Bakı şəhər İcraiyyə Komitəsi sədrinin müavini, Bakı şəhər Plan İdarəsinin sədri.

7. İ.S.Sarkisova – Bakı şəhər Prokurorluğunun məhkəmələrdə cinayət işlərinə baxılmasına nəzarət şöbəsinin prokuroru.

8. R.M.Qazaryan – Azərbaycan SSR İslah-Əmək müəssisələrində qanunlara nəzarət şöbəsinin prokuroru.

9. N.A.Melkumyan – Azərbaycan SSR Prokurorluğunun Baş mühasibi.

10. L.V.Ohanesyan – Azərbaycan SSR Prokurorluğunda Ümumi və Vərəsəlik şöbəsinin rəisi.

11. A.S.Gevorqyan – Azərbaycan SSR Prokurorluğunda təsərrüfat direktoru.

12. E.S. Kasparyan – Nəqliyyat Qanunlarının İcrasına Nəzarət Prokurorunun köməkçisi.

13. E.S.Petrosyan – Azərbaycan SSR Prokurorluğunun Baş nəzarətçisi.

14. O.V.Parsadanov – Dövlət Təhlükəsizliyi Komitəsinin şöbə prokuroru.

15. A.A.Arzumanyan – Bakı şəhər Tikinti-təmir Trestinin direktoru, Bakı şəhər Sovetinin deputatı.

16. A.S.Hambartsumov – Azərbaycan KP Lenin rayon Komitəsinin büro üzvü, rayon Partiya Komitəsində partiya komissiyasının sədri.

17. R.S.Baqdasaryan – “Xəzərneftqazsənaye” Ümumittifaq Sənaye Birliyinin rəis müavini, iqtisad elmləri namizədi, SSRİ Qaz Sənayesinin fəxri işçisi.

18. M.B.Bunyatyan – SSRİ Sənaye-Tikinti Bankının Azərbaycan üzrə əməliyyat idarəsinin rəisi.

19. L.İ.Vartapetyan – Bakı Kanalı İdarəsi rəisinin birinci müavini, Azərbaycan SSR Mənzil-yaşayış təsərrüfatının əməkdar işçisi.

20. S.N.Haykazyan – Bakı Qaz İstehsalı İdarəsinin Baş mühəndisi.

21. V.P.Egizarov – Bakı şəhər Lenin rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini.

22. A.H.Ohanyan – Bakı Kanalizasiya İdarəsinin Baş mühəndisi.

23.R. V.Səfəryan – Sosial-Mədəni Obyektlər Trestinin 9 saylı Tikinti Kompleksi İdarəsi briqadasının briqadiri, Azərbaycan KP Bakı şəhər Komitəsinin üzvü.

24. N.R.–Şahnazaryan - Nizami rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü.

25. Aida Manuçaryan – “Azərbaycan” nəşriyyatında İstehsalat İdarəsinin rəisi.

Qeyd: Bu siyahı tam olmasa da, bir həqiqəti ortaya qoyur: biz “keçici qırmızı bayraq”lar alıb, şüarçılıqla məşğul olduqda ermənilər nəinki “Dağlıq Qarabağ”ın, eləcə də Azərbaycanın və onun baş şəhəri olan Bakının hüquq-mühafizə, bank, şəhər təsərrüfatı kimi vacib sahələrinə nəzarəti ələ keçirirdilər. Eyni zamanda Azərbaycanda mövcud olan əksər nəşriyyatların kadrlar idarəsinə də onlar rəhbərlik edirdi. A.Manuçaryan isə Xalq şairi B.Vahabzadənin bir yazısının nəşrinə nəşriyyatda ciddi problemlər də yaratmışdı.moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.