"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir

21-09-2020, 17:43           
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir?
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi “İnnova” İnnovativ Reklamçılıq Şirkəti” MMC (VÖEN- 1702314011) olub. Müsabiqənin şərtinə görə “İnnova” İnnovativ Reklamçılıq Şirkəti” MMC Dövlət Tarix-Memarlıq Qoruğu üçün 99 min 639 manat 20 qəpik dəyərində stasionar reklam avadanlıqları satacaq.
Onu da bildirək ki, “İnnova” İnnovativ Reklamçılıq Şirkəti” MMC bu tenderdən əvvəl - 2019-cu ilin iyul ayında Vergilər Nazirliyinin, 2020-ci ilin iyul ayında isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi tender müsabiqələrinin qalibi olub. MMC açıq məkanda reklamın yerləşdirilməsi işləri üçün Vergilər Nazirliyindən 328 min 600 manat 50 qəpik, Dövlət Vergi Xidmətindən isə 408 min 468 manat 80 qəpik alıb.
Məlumat üçün bildirək ki, “İnnova” İnnovativ Reklamçılıq Şirkəti” MMC 24.01.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Səbail rayonu, Nizami, ev 96E ünvanında yerləşən MMC-nin nizamnamə kapitalı 1000 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi isə Babayev Teymur Ramizoviçdir.
Onu da qeyd edək ki, Babayev Teymur Ramizoviçin atası Azərbaycanın tanınmış alimi Babayev Ramiz İmran oğludur. Hazırda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi olan Ramiz Babayev 1936-cı ildə Bakı şəhərində müəllimlər ailəsində doğulub. R.Babayev 1957-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra AMEA-nın Botanika İnstitutuna göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.