Ermənistan MN başını itirdi: 710 + 19 = 673...

20-10-2020, 00:49           
Ermənistan MN başını itirdi: 710 + 19 = 673...
Ermənistan Müdafiə Nazirliyi bugünkü itkiləri ilə bağlı daha bir siyahı dərc edib.

Axar.az xəbər verir ki, itkiləri içərisindən 19 əsgərin ad-soyadını qeyd edən nazirlik bununla da ümumi itkilərinin 673-ə çatdığını elan edib.

Halbuki ötən gün – 18 oktyabrda Ermənistan MN iki ardıcıl siyahı yayaraq, itkilərinin daha 77 nəfər (40+37) artdığını və 710-a çatdığını elan etmişdi. Bu hesabla Ermənistan ordusunun etiraf edilən və rəsmən ad-soyadları açıqlanan itkilərinin sayı 729 olmalıdır.

Ermənistan MN isə 710-nun üstünə 19 gələndən sonra 673 “rəqəmini alıb”.

Ermənistan MN-nin elm aləminə bəlli olmayan hansı riyazi və hesablama sistemi ilə “işlədiyi” bilinməsə də, fakt ondan ibarətdir ki, düşmən ölkənin ordusunun itkiləri artıq 10 min nəfərdən çoxdur. Ermənistan MN də əsgər analarının tələblərinə cavab olaraq meydanda qalan və “itkin düşənlər” haqda heç bir məlumat verə bilmyəcəklərini açıqlamışdı.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın əsgər meyitlərini Qafana daşıdığı, ordan isə hissə-hissə İrəvana göndərdiyi haqda məxfi yazışma mediada yayılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.