Qorxu içindəki Saakyan və Qukasyan bu gecə başını itirmiş Paşinyana yenə yalvardı ki...

22-10-2020, 10:13           
Qorxu içindəki Saakyan və Qukasyan bu gecə başını itirmiş Paşinyana yenə yalvardı ki...
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış və can verməkdə olan oyuncaq separatçı-terrorçu rejimin keçmiş rəhbərləri: Bako Saakyan və Arkadi Qukasyan gecə yarısı yenidən işğalçı Ermənistan başını itirimiş Baş nazirini ziyarət ediblər.

Moderator.az xəbər verir ki, Hraparak.am nəşrinin yazdığına görə, canlarına vəlvələ düşmüş separatçılar Levon Ter-Petrosyan və Robert Köçəryanın danışıqlar üçün Moskvaya getməsinə icazə verilməsi üçün Paşinyana konkret bir təklif veriblər. Lakin erməni saytı əlavə edir ki, Paşinyan keçmiş prezidentlərin xidmətlərindən istifadə etməyə meylli deyil. Bir neçə gün əvvəl də o, bu cür cəhdləri rədd edib.

Xatırladaq ki, artıq 3 gündür ki, keçmiş separatçı başçılar təşviş içində Ermənistanın baş naziri ilə yanaşı, sabiq prezidentlər L.Ter-Petrosyan, Robert Köçəryan və s. ilə ardıcıl, amma artıq mənasız görüşlər keçirirlər...

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.