“Kilsə Allahdan öncədir” - erməni qriqoryan kilsəsinin ana prinsipi

27-10-2020, 22:46           
“Kilsə Allahdan öncədir” -
Tarix boyu köçəri tayfa kimi müxtəlif dövlətlərin ərazisində məskunlaşan ermənilərin heç zaman dövlətləri olmasa da, din və kilsə ruhani mərkəz olmaqla yanaşı, həm də iyerarxik struktur etibarilə təşkilat və siyasi mərkəz rolunu oynayıb.

Tacir kimi səyahətləri ilə bəzən bir-biri ilə müharibə aparan ölkələrin ərazisində rahatlıqla gəzə və məlumat toplaya bildikləri üçün ermənilər casusluq fəaliyyətinə cəlb olunur və müxtəlif ölkələrin dövlət xadimləri ilə təmaslar qura bilirdilər. Bu təmaslardan istifadə edərək kilsə tikmək üçün icazə və torpaq sahələri qoparan ermənilər məharətlə koordinasiya qura bilmiş və bir-birinə sıx bağlı kilsələr şəbəkəsi yaratmağa müvəffəq olmuşdular. Zaman keçdikcə şər yuvasına çevrilmiş bu kilsələr erməni milli kimliyinin bir parçasına çevrilmiş və terror, işğal, savaş aləti kimi hərbi, siyasi və maliyyə resurslarının toplanması, idarə edilməsi və mobilizasiyası aparatı funksiyasını yerinə yetirməyə başlayıblar.

Göründüyü kimi, bəşər tarixində dinlər daim insanları sülhə, xeyirxahlığa, mərhəmətə səsləyən humanist prinsiplərin daşıyıcısı olsa da, ermənilər dini ibadət, Yaradana bağlılıq, mənəvi paklanma üçün yox, öz murdar məqsədlərinin, məkrli niyyətlərinin gerçəkləşməsi üçün vasitəyə çeviriblər. Əsas tezisləri isə həmişə bu olub: “Kilsə Allahdan öncədir”.

Belə ki, Çar Rusiyası da işğallara başlayanda Osmanlı və Qacar dövləti ərazisində yaşayan ermənilərdən, kilsə şəbəkəsinin xidmətlərindən yararlanmaq istədi. Bu dövlətləri daxildən zəiflətmək, içəridən dağıtmaq üçün erməni kilsələri əvəzsiz vasitə idi. Müxtəlif pozuculuq və təxribat fəaliyyətlərinin qarşılığında isə ermənilər Çar Rusiyası tərəfindən işğal olunmuş ərazilərdə məhsuldar torpaqlar, məskunlaşma, Alban katalikosluğunun ləğv edilərək erməni kilsəsinə ilhaqı və bir sıra başqa imtiyazlar əldə etdi. Katolikos Nerses Varçapetyanın və Mkrtç Hayrik Xırimyanın Çar Rusiyasına xidmətləri rusların müharibədəki qələbəsində müstəsna rol oynadı.

Avropa və Qərb dövlətləri ilə də əlaqə saxlayan erməni kilsəsi maliyyə yardımları, təhsil, mədəniyyət sahəsində təşkilati dəstək əldə etməyi bacarmışdı. Tezliklə bu dəstək və yardımların siyasi bəhrəsi kimi Hnçaq partiyası, ardınca Daşnaksütun partiyası ortaya çıxdı. Silahlı birləşmələr də formalaşdıran bu partiyaların hərbi təchizat və maddi-texniki təminat məsələlərini erməni kilsələri təşkil edirdi. Bu silahlı birləşmələr kilsələrdə cızılmış planlara uyğun fəaliyyət göstərir, qoyulmuş hədəf və tapşırıqları yerinə yetirmək üçün terror, sui-qəsd və qətliamlar həyata keçirirdilər. İrəvan, Naxçıvan, Qarabağda soyqırımıların törədilməsi, Qars, Van və Ərzurumda kütləvi qırğın kampaniyalarının keçirilməsi əmrini də kilsələr verirdi.

Bu çirkin mirasın davamı kimi, ermənilər ASALA terror təşkilatını yaratmış və dünyanın müxtəlif yerlərində terror aktları, türk diplomatlara qarşı çoxsaylı sui-qəsdlər və qətllər təşkil etmişdilər. Bu təşkilatın da fəaliyyətində erməni kilsəsinin “Dənizdən dənizə böyük Ermənistan” xülyası başlıca lokomotiv olub.

Dünyanın müxtəlif ölkələrinə yayılmış erməni diasporu da daim kilsələr vasitəsilə yönləndirilib və kilsə diaspora fəaliyyətlərinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edib.

Ötən əsrin 80-90-cı illərindən erməni kilsəsi Azərbaycan torpaqlarının işğalı, Qarabağ müharibəsi və soydaşlarımıza qarşı misligörünməmiş vandalizm nümunələrinin törədilməsində, soyqırımı və qırğın siyasətində xüsusi rol oynayıb. Erməni kilsəsi Qarabağ savaşını “müqəddəs müharibə” elan edərək Livandan, Suriyadan, ABŞ və Kanadadan, həmçinin dünyanın digər yerlərindən erməniləri Qarabağa axışmağa səsləyib və ayrı-ayrı qruplaşma və birliklərin formalaşdırılmasında, təminatında birbaşa iştirak edib. Kilsə zirzəmiləri silah-sursat anbarı kimi istifadə olunub, dini məbədlər hərbi təlim mərkəzlərinə çevrilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.