“Azərbaycan Ordusunun beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursatı yoxdur” - Müdafiə Nazirliyi

31-10-2020, 08:35           
“Azərbaycan Ordusunun beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursatı yoxdur” - Müdafiə Nazirliyi
"Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür", - deyə nazirlikdə qeyd ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.