«Azneft»in baş direktoru niyə neftçi ölümlərinə görə məsuliyyət daşımır? - İLGİNC

15-02-2016, 18:05           
«Azneft»in baş direktoru niyə neftçi ölümlərinə görə məsuliyyət daşımır? - İLGİNC
«Təzadlar» dəfələrlədir «Azneft» İB-nin strukturuna daxil olan NQÇİ-lərdə baş vermmiş qanunsuz hərəkətlərdən, neftçilərin sosial vəziyyətinin, əmək şəraitinin pis olmasından… yazır. Nəticə bu olur ki, həqiqətən də ARDNŞ rəhbərliyi problemlər qeyd olunan əraziyə yoxlama qruppu göndərir, problem araşdırılır, müvafiq tədbirlər görülür… Lakin hər dəfə bu problemlərin aid olduğu NQÇİ-lərin cəm halda baş direktoru olan Daşqın İsgəndərov məsuliyyətdən kənarda qalır. Niyə? Doğrudanmı Daşqın İsgəndərovun toxunulmazlıq statusu var?

«Azneft» İB-nin direktoru ölümlərə və itimlərə niyə məsuliyyət daşımır?

Beləliklə, «Təzadlar» Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla əlaqədar araşdırmalara start verib… Xatırladırıq ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı bu məsələ ilə bağlı daha geniş araşdırma aparıb. «Təzadlar» NHMT-nin 2015-ci il dekabrın 4-də 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla bağlı apardığı qiymətləndirməsini təqdim edir:

…Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğınla əlaqədar Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) ekspert qrupu qiymətləndirmə apardı. Qiymətləndirmə zamanı KİV-də çap olunan, rəsmi saytlarda gedən məlumatlardan, ekspert rəylərindən, müxtəlif intervyülərdən istifadə olunmuşdur.
NHMT hər il öz illik hesabatlarında ölkənin neft sektorunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207 (işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmə hüququ var), 215 (Əməyin qorunması sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifəsi), 219 (əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi), 222 (sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmini), 238 (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsinə görə işəgötürənlərin məsuliyyəti) maddələrinin və Az. Res. Əmək Məcəlləsinə 2-ci əlavənin pozulması nəticəsində çoxlu sayda işçinin həlak olduğu və xəsarət aldığını qeyd edir. Son illərdə məhz bu qanun pozuntuları nəticəsində ildə yalnız Dövlət Neft Şirkətində (ARDNŞ) baş verən qəzalar nəticəsində çoxlu sayda işçi həlak olmuş, itkin düşmüşdür:

-28 sentyabr, 2011-ci il. ARDNŞ işlədiyi “Günəşli” dəniz yatağının 14-cü platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1 nəfər isə ciddi xəsarət alıb. İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

-17 avqust, 2013-cü il. Xəzərin Azərbaycan sektorunda “Bulla-dəniz” qaz-kondensat yatağında “Bulla-dəniz” platformasında kəşfiyyat qazması zamanı qəza baş verib. Bakının 80 kilometrliyindəki quyuda yanğının tam söndürülməsi üç ay davam edib. ARDNŞ yanğını ABŞ-ın BOOTS & COOTS servis şirkətinin mütəxəssisləri ilə birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə söndürə bilmişdi.

-2014-cü ilin mart ayında Neft Daşlarında (Çvonovo-203-də) köhnə estakada uçub. 4 nəfər suya düşüb. Onlardan 3-ü xilas olunub, biri həlak olub.

-23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb. Həmin vaxt ərazidə 30 nəfər işçi olub.

-2014-cü il oktyabrın sonunda «Azneft» İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydançası uçub. Xəsarət alan olmayıb.

-2014-cü il noyabrın 7-də «Azneft» İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas olunub, 2-i həlak olub. -2015-ci ilin 4 dekabrında «Azneft» İB-nin tərkibinə daxil Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında- qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb

-2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoydu, 19 nəfər işçi isə hələ də itkin düşüb, 32 nəfəri isə xəsarət alıb

Niyə dənizdəki uçqunlardan yaxa qurtarmaq mümkün olmur?

NHMT bildirir ki, Dövlət Neft Şirkətinin (ARDNŞ) 28 May adına Neft və Qazçıxarma idarəsinə məxsus olan “Günəşli” yatağında 13 dəniz platforması var. 10 saylı platforma 1984-cu ildə tikilib. 2007-ci ildə 5 və 10-cu platformalar əsaslı təmirə dayandılıb. “Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov bilməmiş deyil ki, platformanın istismar müddəti əbədi deyil… Bu platformada 30 quyu var. Onlardan 2-si işlək deyil. Neçəsinin qaz, neçəsinin neft quyusu olması ilə bağlı məlumatlarda isə təzadlar mövcuddur. 2015-ci ildə 10 N-li platformadan sutkada 920 ton neft və 1 mln. m3 qaz hasil edilib. Quyular uzun müddət istismarda olduqlarına görə, digər platformadan gələn texniki – səmt qazını laylara vurmaq hesabına nefti platformaya qaldırırlar.

Azərbaycanda dəniz neftçıxarma platforma və estakadalarında son illər baş vermis qəzaların xronikasına nəzər yetirdikdə, 2015-ci il dekabrın 4-də baş vermis qəza qədər ağır hadisə olmayıb. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoydu, 19 nəfər işçi isə itkin düşüb, 32 nəfəri isə xəsarət alıb. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17:40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın son günlərədək şiddətlə davam edib, hazırda qəza şəraiti problemli səviyyədədir. Quyuların birində isə hələ də yanğının olması xəbəri var…

-Bəs bütün baş verənlərə görə niyə «Azneft» İB rəhbərliyi məsuliyyət daşımır?

-Hər il estakadaların təmirinə ayrılan vəsait hara qeyb olur ki, az qala hər ay bir estakada uçur, dağılır, can alır?

(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupuшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.