GDU-da təhsil uğurları və həqiqətdən uzaq məlumatlar

3-03-2016, 01:49           
GDU-da təhsil uğurları və həqiqətdən uzaq məlumatlar
Son zamanlar ölkəmizdə ən çox müzakirə olunan sahələrdən biri də təhsil sahəsidir. Hər bir vətəndaşın bu sahənin taleyi ilə bağlı rahatsızlığı başa düşüləndir. Təhsili olmayan millətin gələcəyi də yoxdur.

Bu, danılmaz həqiqətdir. Əlbəttə, ali təhsil ocaqlarımıza rəhbərlik edən ziyalılarımız da bunu çox gözəl başa düşür. Etimadı və gələcəyə yönəlik ümidləri doğruldan ali məktəblərimizdən biri də Gəncə Dövlət Universitetidir.Ən azından belə olduğunu fikirləşirik. Gəncə Dövlət Universiteti Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsənbəy Zərdabinin adı verilmişdir.

O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir. Hazırda institutun 7 fakültəsində 21 ixtisas üzrə müəllim kadrları hazırlanır. Bakalavr pilləsinə aid olan ixtisasların əksəriyyətinin magistraturası da vardır. Hal-hazırda burada 20 elmlər doktoru, professor, 156 elmlər namizədi, dosent, 150–dən artıq baş müəllim və müəllim çalışır. İnstitutda 26 tədris kafedrası fəaliyyət göstərir.

GDU-da çalışan müəllimlər Azərbaycanın və keçmiş İttifaqın aparıcı ali məktəblərini bitirmiş, elmi dərəcə və adlara layiq görülmüş yüksəkixtisaslı kadrlardan ibarətdir. İnstitutda zəngin kitabxana, müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, kompüter sinifləri vardır. Müasir idman qurğuları tələbələrin idmanla məşğul olmaları üçün tam şərait yaradır.

Gəncənin mərkəzi hissəsində institutun 5 tədris binası, tələbə şəhərciyində yerləşdirilmiş yataqxanaları vardır. İnstitutda bir çox xarici ölkələrin vətəndaşları da təhsil alır. Xarici ölkələrin (əsasən, MDB dövlətlərinin) ali təhsil müəssisələri ilə elmi-pedaqoji əlaqələr saxlanılır və onlarla tələbə-müəllim mübadiləsi aparılır. İnstitutun məzunları rayon təhsil şöbələrinin tələbnamələrinə əsasən respublikanın müxtəlif rayonlarına təyinat alır və işlə təmin olunur.

Universitetin 5 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompyuter avadanliğı ilə təhciz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metod­la­rının tətbiqi ilə fəaliyyət göstərən “Cisco Şəbəkə Akademiyasının – GDU filialı” tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir. Universitetin bakalavr pilləsində 31 ixtisas üzrə kadrlar hazırlanır. Bu proses 8 fakültədə və qiyabi şöbədə aparılır.

Gəncə Dövlət Universiteti özünün maddi-texniki bazasını daim artırır, inkişaf etdirir, yüksək ixtisaslı və geniş dünyagörüşlü kadrlar hazırlığı vəzifəsini müvəffəqiyyətlə yerinə yetirir. İndi universitetdə yalnız Qərb bölgəsində deyil, respublikanın bütün guşələrində olan tələbələr təhsil alır. Xarici ölkələrdən universitetimizə təhsil almağa gələnlərin sayı da ilbəil artır. Universitetimizin tələbələrinin və məzunlarının xarici ölkələrə təhsil almaq, ixtisasartırmaq üçün göndərilməsi Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələrinin artması ilə bağlıdır.

Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilmişdir. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilmişdir.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

Son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, o cümlədən çoxlu kompyuter dəstinin və digər informasiya texnologiyaları avadanlıqlarının alınması, müasir standartlara cavab verən tədris laboratoriyasının yaradılması, idman zalının,tədris binalarının əsaslı təmiri və digər tədbirlər təhsil müəssisəsində elmi və kadr təminatına nə dərəcədə önəm verildiyini göstərir. Amma təəssüflər olsun ki, son vaxtlar bəzi saytlarda universitetimiz haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur.

Bu məqalələrdə göstərilənlər universitetimizin və onun rektorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, universitet rektoru dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün valideyn və tələbələr tərəfindən təqdir olunur. Universitetin işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır.

Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.Saytlara dərc olunmaq ücün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.

Biz burdan üzümüzü bəzi saytlara və qəzetlərə tutub deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Gəncə Dövlət Universitetində görülən işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.