Deputat Mərkəzi Bankın qərarını şərh etdi: - “Bizdə proseslər əksinə gedir”

4-03-2016, 12:56           
Deputat Mərkəzi Bankın qərarını şərh etdi: - “Bizdə proseslər əksinə gedir”
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı ildən uçot dərəcəsi 7 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17 faiz səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2 faiz səviyyəsində saxlanılıb.

Milli Məclisin İqtsadi siyasət, sənaye və sahibkarlıq komitəsininü üzvü Vahid Əhmədov Modern.az saytına bu qərarı şərh edərkən uçot dərəcəsinin 7 faiz səviyyəsində müəyyən edilməsinin çox yüksək olduğunu bildirib:

“Bunlar kredit faizlərinə təsir edən amillərdir. Uçot dərəcəsi qaldırılanda kredit faizləri də yüksələ bilər. Amerika Federal Xidməti dolların məzənnəsinə baxmaq fikrindədir. Hesab edirəm ki, Mərkəzi Bankın uçot dərəcəsini qaldırılması qabaqlayıcı tədbirlərin sırasındadır. Bununla belə, dərəcənin 7 faiz həcmində müəyyən edilməsinin çox olduğunu düşünürəm. Çünki, ümumi valyuta və daxili bazarı nəzərə almaq lazımdır. Məsələn, bu gün dolların məzənnəsi qalxıb. Dünya bazarlarında neftin qiymətində az da olsa, bahalaşma var. Bizdə isə proseslər əksinə inkişaf edir”.

V.Əhmədov həm də bu gün parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq qanun layihələrinin müzakirələrindən çox şeyin asılı olduğunu vurğulayıb:

“Bu gün qanunlarda dəyişikliklərə baxılacaq. Qanun qəbul edildikdən sonra qeyd edilən məsələlərə - bankların fəaliyyətinə, kreditlərə, dövriyyə vəsaitlərinin likvidliyinə nəzarət və bu kimi digər məsələlərə Mərkəzi Bank deyil, Maliyyə Bazarlarına Nəzarət Palatası baxacaq. Parlamentdə qanunu bu gün qəbul edə bilsək, Prezident tərəfindən imzalanacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.