Zakir Həsənov Xankəndini 48 saata bombalaya bilər - konvensiya

5-04-2016, 10:25           
Zakir Həsənov Xankəndini 48 saata bombalaya bilər - konvensiya
04 aprel 2016 tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan kəndlərinə, mülki əhaliyə hücumları dayandırmayacağı halda Xankəndinin vurula biləcəyini bəyan edib. Lakin Xankəndində mülki əhalinin yaşadığı bilinməkdədir. Belə bir halda Xankəndi bombalana bilərmi?

Bu suala Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev cavab verib. Politoloq Azərbaycan Silahlı Qüvvələrinin Xankəndini hansı şərtlər daxilində bombalaya biləcəyini izah edib:

“Beynəlxalq hüquqa görə, bəli, Azərbaycan Xankəndini bombalana bilər. Şərtlər və məhdudiyyətləri isə budur:

1. Xankəndində xeyli sayıda dırnaqarası rejimin rəsmi binaları, dırnaqarası müdafiə nazirliyi, inzibati, hərbi birləşmələrə aid sair binalar var. Bunların dağıdılmasının mümkünlüyünü 1907 Haaqa Konvensiyasının 27 və 56 maddələrinin əks mənasından anlamaq mümkünür. Həmin maddələrdə bombalanması və dağıdılması qadağan edilən yerlərin adları göstərilib və orada inzibati binalarin göstərilməməsi, hüquqdakı təfsir qaydalarına görə, bunların vurula biləcəyi mənasına gəlir.

Digər tərəfdən, 1977 saylı 1-ci əlavə Protokolun 51-54 maddələri mülki obyektlərə qarşı silah tətbiqini tənzimləyir. 52-ci maddəyə görə, müharibənin aparılmasında düşmənə ciddi imtiyaz təmin edən hər bir qurğu hərbi obyekt sayılır, bunlar hücuma məruz qala bilər (52.2.). Habelə Protokola görə, hərbi obyektləri hədəf almadan şəhər və kəndlərin bombalanması qadağandır. Protokolun 51.5.-ci maddəsinə görə, şəhərdə yerləşən və bir-birindən ayird edilə bilən bir neçə hərbi obyektin tək obyekt kimi nəzərə alınıb bombalanması qadağandır. Yəni bunlar hər birisi ayrı-ayrı hədəf alınaraq vurulmalıdır. Eyni maddənin (b) alt bəndi isə daha mürəkkəbdir, maddəyə görə, "təsadüfi insan ölümünə, yaralanmasına, mülki obyektlərə ziyan vura bilən, ya da bunların bir yerdə ortaya çıxması nəticəsinə səbəb olan hücum qadağandır, bir şərtlə ki, bu nəticələr gözlənən konkret və birbaşa hərbi məqsədə nisbətdə aşırı (lazımsız - excessive) olarsa”. Başqa sözlə, gözlənən hərbi məqsəd baxımından aşırı şlümlərə səbəb olmayan bombalamalar, hədəf alınaraq atıldıqda, 1977 Protokoluna uyğundur.

2. Habelə, 1907 Haaqa Konvensiyasının 56-ci maddəsinə görə, bombalanması qadağan olan mülki, dini və təhsil obyektləri havadan görsənən xüsusi işarətlərlə işarətlənməlidir.

3. 1907 Haaqa Konvensəyasına və 1977 Cenevrə Konvensiyasına Əlavə 1-ci Protokola görə, bombalamalardan əvvəl xəbərdarlıq verilməlidir və belə bir xəbərdarlıq da 04 aprel 2016-cı il tarixində MN tərəfindən açıqça bildirilmişdir.

4. Belə halda, ən çox 48 saat gözləməklə (istəyən mülki əhalinin şəhəri tərk etməsi və ermənilər tərəfindən lazımi işarətlənmələr aparıla bilməsi üçün) Xankəndinin bombalanması müharibə hüququna və beynəlxalq humanitar hüquqa uyğundur.

Top və raket atışları daha əvvəl pilotsuz təyyarələr, peykdən çəkilən rəsimlərdən (bunların bir hissəsi “Quql Öz”də belə var) istifadə olunaraq dəqiq (mümkün olduğu qədər) hədəflərə atılmalıdır”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.