Tofiq Sadıqovla idarə rəisinin 200 MİN SÖHBƏTİ -İDDİA

5-04-2016, 10:43           
Tofiq Sadıqovla idarə rəisinin 200 MİN SÖHBƏTİ -İDDİA
Regional Maliyyə İdarəsinin rəisi Ədalət Beyləqan Təhsil Şöbəsinin müdirindən maliyyə nazirinə vermək üçün 200 min manat istədiyi iddia edilir

Xəbər verildiyi kimi, Beyləqan Təhsil Şöbəsində bir müddət idi yoxlama aparılırdı. Maliyyə Nazirliyinin Ağcabədi Regional Maliyyə İdarəsinin apardığı yoxlama nəticəsində rayon təhsilində ciddi maliyyə pozuntularının aşkarlandığı açıqlanmışdı. Düzdür, bu açıqlama ictimaiyyət üçün deyil, məhdud dairə üçün nəzərdə tutulmuşdu. Məqsəd isə başqaydı.

teref.az Azerinews.org-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov ilk başda yoxlamalardan elə də narahat deyildi. Əksinə, buna yeni qazanc mənbəyi olaraq baxırdı. Lakin sonradan durumun dəyişməsi və yoxlamalar zamanı ciddi faktların üzə çıxması, habelə Ağcabədi Regional Maliyyə İdarəsinin rəisi Ədalət müəllimin şöbə müdirinə «arzu»sunu ifadə etməsi ortalığı qarışdırmağa başlayıb.

Qeyd edək ki, Tofiq Sadıqovla Ədalət müəllim arasında münasibətlər xeyli əvvəldən mövcud olub. Hətta yoxlamanın əvvəlində Sadıqov idarə rəisinə verəcəyi məbləği də təxmin edibmiş. Amma gözlənilmədən 200 min manatlıq bir istəyin ortalığa çıxması, durumu kəllə-mayallaq edib. Və Beyləqan Təhsil Şöbəsinin müdiri az qala infakt keçirəcəkmiş. Çünki bu məbləğ çox böyük olmaqla yanaşı, həm də Təhsil Şöbəsinin də qara günlük olması anlamına gəlirmiş.

Azerinews.org xəbər verir ki, Ağcabədi Regional Maliyyə İdarəsinin rəisi Ədalət müəllim isə Tofiq Sadıqovun dil tökməsinə ümumiyyətlə, əhəmiyyət verməyib. Onun rəhbəri olduğu qurumdakı yeyintilərin çox olduğunu və bunu ört-basdır etmək üçün risqə getdiyini söyləyərək, yalnız 200 min manat müqabilində mümkünləşə biləcəyini dilə gətirib. Hətta o cəsarəti də özündə tapıb ki, 200 min manatın böyük qismini Maliyyə Nazirliyindəki «lazımi adama» verəcəyini də deyil. Sonra da qətiləşdirib və vurğulayıb ki, guya, pulun 70 faizi birbaşa maliyyə naziri Samir Şərifova çatacaq.

Bildirək ki, Ədalət müəllimin bu qədər cəsarət sahibi olması və ya cəsarətli danışması hansısa qaynağa bağlıdır. Düzdür, o iddianı etmirik ki, Maliyyə Nazirliyi aydan arı, sudan durudur. Əksinə, ölkədəki bütün dövlət qurumlarında korrupsiya var və Maliyyə Nazirliyi də bu sıradan xali deyil. Lakin bir Regional İdarə rəisinin nazirlə bu qədər «səmimi» ola bilmə ehtimalı xeyli azdır. Ola bilər ki, alınan pullar nazirlikdə yüksək çinli şəxslərdən kimlərəsə çatır. Amma o da birbaşa çata bilməsi inandırıcı görünmür.

teref.az-nun yazdığına görə,Azerinews.org xəbər verir ki, Ədalət müəllimin «nıx» deyib, «nırx» üzərində dayanması Tofiq Sadıqova sərf edib. Beyləqan təhsilinin «şefi» 200 min manatı 300 min manata çevirmək üçün şans əldə edib. Və bu səbəbdən də o, Ağcabədi Regional Maliyyə İdarəsinin rəisi Ədalət müəllimin istək və arzularını direktorlara çatdırıb. Ardından da xəbərdarlıq edib ki, kənd məktəblərinin direktorları 4000 manatdan, şəhər məktəblərinin direktorları isə 6000 manatdan pul verməlidirlər.

Lakin mənbələr bildirir ki, direktorlar bu pulu düzəltməkdə çətinlik çəkirlər. Çünki özlərinin o qədər vəsaitləri yoxdur. Üstəlik, əvvəlki dövr olmadığından bankdan kredit də çəkə bilmirlər. Belə olan təqdirdə, vaxt istəyirlər ki, onu da nə Tofiq Sadıqov verir, nə də Ədalət müəllim. Aprel ayının 10-na qədər tələb olunan məbləğ çatdırılmasa, Beyləqan Təhsil Şöbəsindəki maliyyə yeyintiləri birbaşa Respublika Prokurorluğuna təqdim ediləcək. Bu isə təkcə Tofiq Sadıqovun deyil, daha bir neçə nəfərin də həbsi demək olardı. Ona görə də, şöbə müdiri direktorların «pişiyini ağaca dırmaşdırır» ki, təcili pulu düzəldib versin.

Tofiq Sadıqovun bir başqa hədəfi daha var. O, yaşıyla əlaqədar işdən çıxarılacağını bili rvə bu səbəbdən də yoxlamadan «təmiz» çıxmağa çalışır. O işdən çıxarıldıqdan sonra başağrısı keçirlməsini qəti arzulamır. Ona görə də, hazırkı yoxlamanı «çiçək kimi» başa vuraraq, işlərini yekunlaşdırmaq fikrindədir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
teref.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.