İcra başçılarının ələmə prosesinə yenidən start verilir - İlk "qaranquş" Alxasovdur...

6-04-2016, 11:43           
İcra başçılarının ələmə prosesinə yenidən start verilir - İlk "qaranquş" Alxasovdur...
Qusar rayon icra hakimiyyətinin başçısı vəzifəsindən alınır. Bununla bağlı DİA.AZ-a məlumat verən mənbə bildirir ki, son günlər cəbhədə yaşanılan gərginliyin ardından kadr islahatları ilə bağlı qabaqcadan müəyyən olunmuş prosesə yenidən təkan verilir.

Xəbərdə deyilir ki, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovu hazırda Qusar RİH-də başçının birinci müavini postunu tutan Arif Məmmədovun əvəzləyəcəyi gözlənilir. Qeyd edək ki, Şair Alxasovun başqa bir vəzifəyə təyinat alacağı da gələn xəbərlər içindədir.

Alxasovun görəvdən alınması səbəblərinə gəlincə isə, mənbə dia.az-a bildirib ki, Alxasov artıq 5 ildir ki, Qusara rəhbərlik edir və onunla bağlı yeni təyinat qərarı da çıxa bilər. Xatırladaq ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.