Rusiya silah yarışında geriləyir:Ərəbistan onu keçib, Ukrayna isə haqlamaq üzrədir

6-04-2016, 15:39           
Rusiya silah yarışında geriləyir:Ərəbistan onu keçib, Ukrayna isə haqlamaq üzrədir
Müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı 2015-ci ildə hərbi xərcləriylə Rusiyanı geridə qoyaraq, ən çox əsgəri büdcəyə malik üçüncü dövlət olub.

Strateq.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun dünən açıqladığı hesabatdan belə deyilir.

Hesabata görə, ilk 2 yeri ABŞ və Çin tutub. 87.2 milyard dollarla üçüncü olan Səudiyyə Ərəbistanını isə 66.4 milyard dollarla Rusiya izləyir. Hər zaman olduğu kimi, hərbə ən çox pul xərcləyən ABŞ yenə 596 milyard dollar pulundan keçərək, rəqibləriylə aradakı fərqi müqayisəolunmaz dərəcədə artırıb. Onu izləyən Çin 215 milyar dollarla ABŞ-dan, təxminən, 3 dəfə geri qalıb.
Rusiya silah yarışında geriləyir:Ərəbistan onu keçib, Ukrayna isə haqlamaq üzrədir
Diqqət çəkən digər məqam Ukraynanın hərbə qoyduğu investisiyadır. Rusiyayla konfliktdə olan bu ölkə hərbi xərclərində getdikcə düşməninə yaxınlaşır. 55.5 milyard dollarlıq məsrəfiylə o, Rusiyadan 10 milyard dollar geri qalaraq, ən böyük hərbi büdcə sıralanmasında 4-cü yerə çıxıb.
Maraqlıdır ki, bir müddət əvvəl Ukrayna rəsmiləri artıq əvvəlki vəziyyətdə olmadıqlarını, yaxınlarda Rusiyanın ilhaq etdikləri əraziləri geri alacaqlarını və təcavüzkar siyasətini yürüdərsə, Moskvanın ciddi sürprizlərlə qarşılaşacağını bildirmişdilər. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatı Ukraynanın nəyə arxayın olub bu cür yüksək səslə danışdığına qismən aydınlıq gətirir. Hərbi xərclərə nəzər salsaq, Kiyevin dilinə görə dilçəyinin olduğu anlaşılır.

Hesabatda qlobal miqyasında hərbi xərclərin dörd illik geriləmədən sonra yenidən yüksəldiyi qeyd olunur. Bildirildiyinə görə, 2015-ci ildə dünya dövlətləri hərbə 1 trilyon 471 milyard euro xərcləyib. Bu, bir əvvəlki illə müqayisədə 1%-lik artış deməkdir. Hərbi xərclərin müqayisəsinə baxanda, ABŞ-ın 36%-lə birinci, Çinin 13%-lə ikinci, Səudiyyə Ərəbistanının isə 5,2 %-lə üçüncü sırada yer aldığı görünür.

Ötən il hərbi investisiyasını artıranlar arasında Şərqi Avropa və Yaxın Şərq ölkələri ön plana çıxır. Şimali Amerika və Qərbi Avropada bu sahədə cüzi geriləmə meyli müşahidə olunsa da, hesabatda onların da Rusiyayla yaşadıqları gərginlik və terror təhdidi səbəbilə bu il “bədxərclik” edəcəkləri proqnozlaşdırılır.

Azərbaycan üçün də getdikcə təhdid obyektinə çevrilən Rusiya isə bir əvvəlki illə müqayisədə “bədxərclər” sırasındadır. Hesabata görə, Moskva 2015-ci ildə hərbi xərclərini 7.5% artırıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.