AZAL şefi 770 milyonluq yaxta sifariş edib? – FOTOLAR

28-04-2016, 18:32           
AZAL şefi 770 milyonluq yaxta sifariş edib? – FOTOLAR
ABŞ-ın "4yacht" şirkəti tərəfindən hazırlanan nəhəng yaxtanın Cahangir Əsgərova məxsus olduğu deyilir
Bir neçə ay əvvəl mətbuatın əsas müzakirə mövzusu «Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olması ilə bağlı idi.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırıqlar versə də, AZAL rəhbərliyi tərəfindən bu sahədə hər hansı ciddi addım atılmayıb. Məhz bu səbəbdən AZAL şefi Cahangir Əsgərov qınaq obyektinə tuş gəlmişdi. Bildirək ki, prezidentin tənqidindən sonra AZAL rəhbəri Cahangir Əsgərov tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlandığını və bir neçə istiqamət üzrə AZAL-ın aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) yaradılacağını açıqladı. Aşağı büdcəli sərnişindaşıma xətlərindən biri – Bakı-Antalya-Bakı xətti bu ayın əvvəlindən işə düşməli olsa da, verilən məlumatlar göstərir ki, bu vəd də yerinə yetirilməyib. Hər halda AZAL-ın xidmətindən istifadə etmiş sərnişinlər deyirlər ki, ucuz bilet almaq istəsələr də, tapa bilməyiblər. Kassalarda onlara deyiblər ki, bilet yoxdur.
Göründüyü kimi, AZAL rəhbərliyi prezidentin tənqidindən sonra bir necə istiqamət üzrə qiymətləri aşağı salacağını bəyan etsə də, bunu da yerinə yetirmək istəmir. AZAL rəhbərliyinin həm sərnişindaşıma, həm də karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin yüksək olması şirkətin potensialından lazımı şəkildə istifadəyə imkan vermir, öz gəlirlərini də aşağı salır. Belə ki, nəinki region ölkələrinin əhalisi, hətta Azərbaycan vətəndaşları belə, AZAL-ın xidmətindən imtina edir. Bu da təbii ki, şirkətin əlavə gəlirlər əldə etməsinə, büdcə öhdəliklərini artırmağa imkan vermir.

Təsadüfi deyil ki, AZAL-ın uzun illərdir ki, büdcəyə bir qəpik də olsun vəsait ödəmədiyi, ziyanla işlədiyi bildirilir. AZAL iri vergi ödəyicisi olsa da, büdcə qarşısında öhdəlikləri yerinə yetirmir. Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb. Bunun əsas səbəbi şirkətin rəhbərinin bütün gəlirli sahələri öz holdinqinə həvalə etməsi ilə bağlıdır.

Son illər bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilib. Belə ki, 2005-ci ildən indiyə qədər təkcə büdcənin investisiya xərcləri bölməsindən “Azərbaycan Hava Yolları”na 860 milyon manat vəsait ayrılıb. 2005-ci ildə – 5 milyon; 2007-ci ildə – 25 milyon; 2008-ci ildə – 28 milyon 200 min; 2009-cu ildə – 54 milyon 721 min; 2010-cu ildə – 115 milyon 200 min; 2011-ci ildə – 261 milyon 521 min; 2012-ci ildə – 232 milyon 650 min; 2013-cü ildə – 177 milyon 864 min; 2014-cü ildə – 20 milyon. AZAL-ın sərnişindaşıma və karqo xidməti üzrə tətbiq etdiyi qiymətlərin həddindən artıq yüksək olmasının əsas səbəbi, məhz şirkətdəki gəlirlərin mənimsənilməsi və lazımsız istiqamətlərdə xərcləmələrlə bağlıdır.

Ölkə rəhbərliyinin məlum tənqidlərinə baxmayaraq, vətəndaşarımızın xarici ölkələrə ucuz qiymətə uçuşları hələ də təmin edilməyib. Bu isə o deməkdir ki, Cahangir Əsgərov nə olursa-olsun milyonluq gəlirlərindən əl çəkmək niyyətində deyil. Özəl mənbələrdən gundelik-baku.com-a verilən məlumatlara görə, 1996-cı ildən AZAL-a rəhbərlik edən Əsgərov bu vaxt ərzində sahibi olduğu külli miqdarda vəsaiti ayrı-ayrı biznes sahələrinə yatırıb, eyni zamanda dəyəri milyonlarla olan mülklər tikdirib. Məlumatlı mənbənin bildirdiyinə əsasən, hava nəqliyyatına nəzarət etməsinə baxmayaraq, AZAL şefinin dənizə, okeana marağı böyükdür.

GUNDEMİNFO.AZ qeyd edir ki, dünyanın ən müasir texnologiyalarla təchiz edilmiş İngiltərə istehsalı olan "Challanger 2" tankları ilk dəfə 2003-cü ildəki İraq müharibəsində istifadə edilib. 8 milyon dollar qiyməti olan bu tank 62 ton ağırlığındadır.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.