Ekspert: “Qarabağ veteranları mütləq orduya çağırılmalıdırlar”

1-05-2016, 00:11           

Ekspert: “Qarabağ veteranları mütləq orduya çağırılmalıdırlar”

Birinci müharibədə bizim könüllülərin ortalama yaşı təxminən 25, ermənilərin-35 olmuşdu.
İndi həmin ermənilər orduya çağırılıblar. Onların orta yaşı təxminən 55-65-di. Onları əsasən müdafiədə istifadə edəcəklər. Bu adamlar hesab edirlər ki, bir dəfə qələbə qazanıblar, yaşayıblar, uşaqlarını böyüdüb-yerləşdiriblər, gördüklərini görüblər, bu yaşdan sonra əksəriyətində həyatda hər-hansı sahədə “böyümə”, inkişaf perspektivləri qalmayıb, pensiyaçılardı, onsuzda 5-6 ildən sonra canlarında müxtəlif xəstəliklər tapılacaq, yavaş-yavaş öləcəklər… ona görə o zaman qazandıqları qələbəni saxlamaq uğrunda indi döyüşüb ölsələr də, həyatlarını döyüş meydanında başa vurarlar. Döyüş mövqelərində hazırda dayanan və ordumuzun hücumunu qarşılayacaq erməni veteranlarının motivasiyası budur.
Bu, 55-65 yaşlı, müharibəyə qaçmaq üçün gəlməyən, şəxsiyətləri formalaşmış, psixoloji cəhətdən sabit adamlara qarşı bizim hücumda 18-20 yaşlı, həyatları qabaqda olan gənc uşaqlar olacaqlar. Hücumda biraz daha yaşlı maxe-lər də olsa, düşməndən fərqli, onların döyüş təcrübələri, yeri tanımaqları yoxdu.
Düşmən üzərində hərbi-texniki üstünlüyümüz nə qədər böyük olsa da, döyüşün müqədaratını əsgər həll edir. Xüsusən, sıx dağ-meşə relyefində yaxın məsafəli döyüşlər qaçılmazdır və həlledicidir. Belə şəraitdə ordu rəhbərliyimiz hücumda və müdafiədə kiminlə döyüş aparacağı barədə olduqca məsuliyətli və dərindən düşünməlidi.
Cəbhədəki vəziyəti dərindən öyrəndikcə qəti fikrə gəldim ki, fiziki vəziyəti imkan verən bizim Qarabağ veteranları mütləq orduya çağırılmalıdılar. Könüllü yox, çağırışla. 65 min veterandan 20 mini xidmətə yararlı olsa, deməli ordumuzda hazır yüksək döyüş hazırlıqlı və ən əsası həm də döyüş təcrübəli, o yerləri yaxşı tanıyan döyüşçümüz, komandirimiz olacaq. Bizim veteranların döyüş motivasiyası düşmənin motivasiyasından daha güclüdür, çünki biz məğlubiyət ləkəsini silib, həyatımızı şərəflə başa vurmasq istəyirik.
Fiziki yararlı veteranlardan cəbhəyanı rayonların sakinləri öz rayonlarının ərazisindəki müdafiə mövqelərində dayanmalı, qalanlarından isə fiziki cəhətdən daha hazırlıqlılar hücum edən h/h-in ştatına salınmalıdılar. Mütəxəssis veteranlar təyinatları üzrə istifadə olunmalıdılar.
Müharibə edən ölkənin hazır və döyüşə yararlı veteran potensialından istifadə etməməsi böyük səhv olardı.
Nazim Bayram
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.