Sığorta şirkətləri ödəmə etmirlər... - Hesabat

3-05-2016, 12:35           
Sığorta şirkətləri ödəmə etmirlər... - Hesabat
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.


2016-cı ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda bu sektorla əlaqəli 4101 xəbər yayımlanıb, onlardan 780xəbərdə sığorta şirkətlərinin adı hallanıb. Bunlardan 749-u neytral, 31-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Rəvan Sığorta (7 xəbər –Qarabağ əlilinə qarşı özbaşınalıq), Dövlət Sığorta Kommersiya Şirkəti (6 xəbər –şirkətinsığorta ödənişini ödəməməsi), Atəşgah Sığorta (6 xəbər – vətəndaşın pulunu ödəməməsi) və Azərbaycan Sənaye Sığorta (6 xəbər – şirkətdə baş verən maliyyə pozuntuları) məxsusdur. Aprel ayında elektron mətbuatda sığorta şirkətləri haqqında müsbət xəbər olmayıb.

Xəbər sayına görə sıralama:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 151 xəbər
2. Paşa Həyat Sığorta 148 xəbər
3. Azərbaycan Sənaye Sığorta 55 xəbər
4. Bakı Sığorta 38 xəbər
5. Paşa Sığorta 35 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 527xəbər dərc edilib, onlardan 47 xəbərdə sığorta şirkətlərinin adı hallanıb. Bu xəbərlərdən 1-i mənfi, 46-sı isə neytral xəbərlərdir. Mənfi xəbərDövlət Sığorta Kommersiya Şirkətinə (1 xəbər - cəbhə bölgəsində həlak olan hərbçilərin ailələrinə sığorta pulunu ödəmir) məxsusdur. Aprel ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 xəbər
2. Paşa Həyat Sığorta 8 xəbər
3. ATA Sığorta 4 xəbər
4. Atəşgah Sığorta ` 4 xəbər
5. Dövlət Sığorta Kommersiya Şirkəti 4 xəbər


Aprel ayında televiziya kanallarında sığorta şirkətlərinə məxsus 27 xəbər göstərilib. Bunlardan 26 xəbər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, 1 xəbər isə Bakı Sığorta şirkətinə məxsusdur.

Radio kanallarında aprel ayında bu sektorla əlaqəli xəbər verilməyib.

Xatırladaq ki, Media TəqibMərkəziölkədəmövcud olan bütün sahələrin analizini aparır. Monitorinqsahəsinəölkədədərc olunan 100-ə qədərqəzetvə jurnal (o cümlədən, 35 gündəlikqəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlikyenilənənsayt), 12 televiziya kanalı, 12 radio kanal vəsosialşəbəkələrdaxildirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.