Pekin dollara nə vaxt zərbə endirəcək?

16-05-2015, 00:07           
Pekin dollara nə vaxt zərbə endirəcək?
Pekin Birləşmiş Ştatların iqtisadi qüdrətinı sarsıtmaq üçün məqam gözləyir. Belə ki, dollar liderlik mövqeyini itirəndən sonra, Çin dünyada öz valyutasını birinci yerə çıxarmağı planlaşdırır. Bunu Analitik.az Duowei News nəşrinə istinadən xəbər verir. Duowei News nəşrinin fikrincə, Çin valyuta bazarında hakimliyi əlinə almaq üçün səylə qızıl toplayır: qeyri -rəsmi məlumatlara görə indiyədək Çinin hesabında təxminən 30 min ton sarı metal var. Bu, Çinə bir anda Amerika dollarını üstələməyə imkan verəcək. İqtisadi ekspertlər əmindirlər ki, Amerikanın güclü iqtisadiyyatını sıxışdırmaq üçün çox böyük həcmdə qızıl lazım olacaq. Bundan başqa, Çin hakimiyyəti öz valyutasının BVF-nun ehtiyat valyutaları sırasına daxil edilməsini gözləyir. Xatırladaq ki, bu ehtiyat fonda dollar, avro, funt sterlinq və Yaponiyanın yeni daxildir. Pekin isə dolların "devrilməsi" üçün gücləndirilmiş hazırlıq işləri apararaq, öz qızıl ehtiyatlarını artırır.


Yeri gəlmişkən, Rusiya da belə bir taktika yürüdür - 2005-ci ildən ölkə öz qiymətli metal ehtiyatının həcmini iki dəfə artırıb. Rusiya 2014-cu ilin sonuna qızılın ehtiyatlarının həcminə görə dünyada beşinci yerə çıxıb. "Əgər Çin doğrudan da 30 min ton qızıla malikdirsə, onda həqiqətən yuan öz mövqeyini möhkəmləndirib. Amma hətta belə olmasa da, heç kim mübahisə edə bilməz ki, Çin kütləvi şəkildə qızıl toplamır, çünki onun nüfuzu və mövqeyi dünya maliyyə bazarlarında kəskin artıb", - deyə Duowei News yazır.


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının analitikləri güman edirlər ki, artıq 2016-ci ildə Çin iqtisadiyyatı dünyada birinci yerə çıxacaq və həmçinin onun milli valyutası dünyanın əsas ehtiyat valyutası statusunu alacaq. Lakin Duowei News-un icmalçısı qeyd edir ki, Çinin 30 min ton qızıla sahib olması haqda məlumatlar hələlik rəsmi mənbələrdən təsdiqlənməyib və dünya iqtisadiyyatında hər halda, belə ani dəyişikliklər gözləməyə dəyməz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.