Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yaranacaq - BP

21-10-2016, 01:41           
Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yaranacaq - BP
Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov deyib.

“Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azaltmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü biruzə verəcək”, – deyə Drebentsov qeyd edib.

“İnvestisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə dünya bazarında çatışmazlıq yarana bilər. Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir”, -deyə Drebentsov əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.