Satqın necə milli qəhrəman oldu? Azərbaycanı təəccübləndirən ERMƏNİ

20-11-2016, 12:03           

Pavlik Morozov sovet dövrünün məşhur, “nümunəvi” pionerlərindən biri kimi sonrakı nəsillərə nümunə göstərilən yeniyetmələrdən idi. İmperiya süquta uğrayan günə kimi onun “əqidəli”, əsl sovet vətəndaşı olduğu şüurlara yeridilirdi. Lakin Pavlik Morozov kollektivləşmə zamanı qohumları və digər şəxslər tərəfindən öldürülmüş ilk yeniyetmə deyildi. 30-cu illərdə xəbərçi uşaqların sayı 30-dan çox idi.

Belə uşaqların həyatı ilə bağlı bir sıra faktları təqdim edirik.

İlk öncə qeyd edək ki, uşaqların xəbərçiliyə cəlb edilməsi SSRİ diktatoru Stalinin hakimiyyətdə olduğu illər güclü dövlət siyasətinə çevrildi. Xəbərçilərin tərbiyəsi isə ideoloji fəaliyyətin mühüm istiqaməti oldu.

Xəbərçilik sovet insanlarına yeni keyfiyyət kimi - onların açıqlığı və dürüstlüyü, həyatın yaxşılaşmasına imkan yaradan tənqid, böyük hədəfin nailiyyəti üçün lazımlı vasitə kimi təqdim edilirdi. Bu, insanların şüuruna elə yeridilmişdi ki, yaş qrupundan asılı olmayaraq onların bir çoxu buna səmimi şəkildə inanırdılar.

Gənc xəbərçi, atasının satqını Pavlik Morozov milli qəhrəman edilmişdi. "Pioner həqiqəti" qəzeti onun haqda yazırdı: “Pavlik heç kimə aman vermədi. Atası, babası - o, hər kəs haqqında məlumat verdi. Pioner təşkilatı Pavliki böyütdü və tərbiyə etdi".

Pavlik Morozov haqqında 13 kitab yazıldı. 1948-ci ildə Stalinin göstərişinə əsasən Moskvada gənc “qəhrəman”a abidə də qoyuldu, hətta adına küçə adlandırıldı.

Tezliklə bir çoxları xəbərçi pioneri təqlid etməyə başladılar. Pavlik Morozovun qətli ilə bağlı iş üzrə prosesinə hazırlığın qızğın vaxtı Kurqansk vilayətinin Kolesnikov kəndində yeniyetməni – Kolya Myaqotini tüfənglə vurdular. Hadisə üzə rəsmi məlumatlara görə, onun anası, qızıl əsgərin dul arvadı idi. Qadın imkansızlıq üzündən Kolyanı uşaq evinə vermişdi.

Uşaq orda böyümüş, yeniyetmə yaşlarına çatanda pioner kimi evlərinə qayıtmışdı. Bu zaman kənddəki varlılar artıq sürgün edilmişdi. Lakin sərxoşlar və dələduzlar qalmışdılar. Kolya böyüklərin danışıqlarına qulaq asır və eşitdiyi hər şey kənd şurasına xəbər verirdi. Kolyanın dostu Petya Vaxruşev doğmalarına kimin xəbərçilik etdiyini bildirmişdi. “Pioner həqiqəti” qətlin detallarına belə təsvir edirdi: “Xalq düşmənləri hələ daha möhkəmlənməmiş kolxozun avadanlığını dağıdır, mal-qaranı şikəst edir, oğurlayırdılar. Pioner Kolya Myaqotin rayon qəzetinə xalq düşmənlərinin fitnələri haqqında yazmağa başladı”.

O, kolxoz çörəyinin qolçomaqlar tərəfindən irimiqyaslı oğurluğu hadisələrindən biri haqqında kənd şurasına xəbər verdi. 1932-ci ilin oktyabrında qolçomaq Fotey Sıçyov əlaltıları İvan və Mixail Vaxruşevin qardaşlarına pioneri öldürməyə sövq etdi. Yaxından açılan atəş 13 yaşlı pionerin həyatına həmişəlik son qoydu”.

Vilayətin Baş Prokurorluğu yeniyetmənin qətli işinə iki dəfə etiraz etdi. Bu səbəbdən də Ali Məhkəmənin Rəyasət Heyəti işə iki dəfə yenidən baxdı. “Qəhrəman” pionerin qətli bütöv formada olmasa da, kitablarda təsvir edilirdi. Lakin yazılanlardan fərqli olaraq Kolya heç də kolxoz taxılının talan edilməsini ifşa etmirdi. Əksinə, o özü kolxoz sahəsindən günəbaxan toxumlarını oğurlayaraq onları satmaqla məşğul idi.

Növbəti belə oğurluqlardan birində taxıl sahəsini qoruyan qızıl əsgər onu gördü. O, əsgərlə dalaşmağa başlayır. Bu səbəbdən gözətçi Kolyanı güllə ilə vurur. Bu zaman yeniyetmənin yanında olan 12 yaşlı dostu Petya Vaxruşev qaçıb aradan çıxır. Sonradan istintaqa cəlb edilmiş Vaxruşev əvvəlcə həqiqəti olduğu kimi danışdı. Amma ikinci dindirmədə ifadələrini gözlənilmədən dəyişdirdi. Bildirdi ki, Kolyanı iki böyük qardaşı öldürdü. Beləliklə, qətldə Vaxruşev qardaşlarını ittiham etdilər.

1932-ci ilin dekabrında Ural Vilayət Məhkəməsi Myaqotinin qətli işi ilə bağlı Kolesnikov kəndinin beş sakinini güllələməyə məhkum etdi, altı nəfər isə azadlıqdan 10 il məhrum olundu, bir müttəhim də icbari işlərə cəlb olundu.

Məhkəmədən dərhal sonra Petya Vaxruşev yoxa çıxdı. Bir həftə sonra onun anasını asılmış vəziyyətdə tapdılar. Öldürülmüş Myaqotini idə Pavlik Morozov kimi qəhrəman elan etdilər.

Yalnız 1999-cü ildə Baş Prokurorluğun etirazı əsasında Rusiya Federasiyası Ali Məhkəməsinin Rəyasət Heyəti Myaqotinin işində cəza almış 10 nəfərə günahsıza bəraət qazandırdı.

Tarixçi Yuri Drujnikov Pavlik Morozovun qətlinə qədər xəbərçilik üstündə baş vermiş 8 uşaq qətli hadisəsini araşdırıb. Maraqlıdır ki, xəbərçilik üstündə öldürülən ilk uşağın da adı Pavlik idi. Lakin onun soyadı Teslya idi. Ukraynanın Soroçina kəndində yaşayan bu uşaq Morozovdan hələ 5 il əvvəl atasını satmışdı.

Uşaq qətllərindən 7-i kollektivləşmə dövründə kəndlərdə baş verib. Yeri gəlmişkən, bu məsələdə də erməni xisləti özünü açıq büruzə verir. Belə ki, həmin uşaqlardan ən məşhuru Pavlik Morozovdan 2 yaş kiçik olmuş, Azərbaycanda yaşamış Qrişa Akopyandır. Həmin dövrdə xəbərçilik kütləviləşsə də, azyaşlı erməninin bu cür rəzil hərəkəti respublikamızda bir çoxlarını heyrətləndirmişdi.

Rəsmi "Uşaq kommunist hərəkatı" nəşri hələ Pavel Morozovun ölümündən əvvəl yazırdı ki, xəbərçiliklər üstündə qətl hadisələri baş verir.

“Pioner həqiqəti” hər nömrəsində xəbərçi uşaqlar haqqında xəbərləri, onların adlarını, soyadlarını, portretlərini dərc edirdi. Gənc “qəhrəmanlar” öz valideynləri, rəhbərləri, dostları və valideynləri haqda məlumatlar verirdilər.

1934-cü ilin 16 martında "Pioner həqiqəti" Tatarıstan SSR-nin Otrada kəndində ata və anayla yaşayan pioner qız Olqa Balıkinanın xəbərçiliyini dərc etdi. Onun hüquq-mühafizə orqanlarına ünvanladığı məlumatda deyilirdi: “Nəzərinizə çatdırıram ki, Otrada kəndində biabırçılıqlar baş verir. Kolxozun əmlakını oğurlayırlar. Məsələn, mənim atam Qriqori Semyonoviç Balıkin Kuznetsovla, birinci briqadanın briqadiri və qohumları, F.V Firsovla birlikdə arabalarla kolxozun çörəyini oğurlayırdı”.

Olqanın xəbərçiliyindən sonra 16 nəfəri həbs etdilər. Oğurluq hadisələrinin təşkilatçısı kimi qızın atası Qriqori, kolxozun birinci briqadasının müdiri Kuzma Kuznetsov, kolxozun anbarçısı Pyotr Kuznetsov və yerli sakin Vasiliy Firsov tanındı.

Pioner Pronya Kolıbin isə bu məsələlərdə bir addım da “irəli getdi”. Yeniyetmə onun özünü yedirtmək üçün sahədə yerə tökülmüş sünbülləri və dənləri yığan anasını satdı. Ana həbs edildi. Qadını satmış oğlunu isə Krımdakı “Artek” düşərgəsinə dincəlməyə göndərdilər.

Çoxsaylı Pavlik morozovların xəbərçilikləri yeni cəmiyyətin qurulmasına töhfə olurdu. Ancaq uşaqların xəbərçiliklərin nəticələri həm də cavab dalğasıyla qarşılaşırdı. Məsələn, 1932-ci ildə - Pavlik və Fedi Morozovların öldürülməsindən sonra daha 3 xəbərçi uşaq qətlə yetirildi. 1933-cü ildə öldürülən uşaqların sayı 6-ya çatdı. Bir il sonra daha 6 xəbərçi pioner öldürüldü. 1935-ci ildə bu rəqəm 9-a çatdı. Stalinin ağılsız siyasəti illərində ümumilikdə 56 xəbərçi uşaq öldürüldü. Öldürülənlərin hamısına qəhrəman pioner fəxri adları verildi. Onlar barəsində kitablar yazıldı, pioner evləri, küçələr xəbərçi yeniyetmə və uşaqların adına adlandırıldı.

Bir sözlə, sovet dövrü insanları hətta kiçik yaşlarından başlayaraq manqurtlaşdırır, hər cür dəyərdən uzaqlaşdırır, onları kütləyə çevirərək avtoritar rejim üçün çalışmağa vadar edirdi. İnsanlar bundan ötrü hətta öz doğmalarından da vaz keçməli idilər.(Publika.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.