Torpaqlarımızın qaytarılması realdırmı?

10-06-2015, 11:18           
Torpaqlarımızın qaytarılması realdırmı?
Torpaqlarımızın qaytarılması realdırmı?

Bu gün biz - bütün xristian aləminin din qardaşı hesab etdiyi ermənilərlə müharibə vəziyyətindəyik. Torpaqların qaytarılacağı ümidi də hələ ki bizi tərk etməyib. Bəs həqiqətdə necə, bizim müharibə və başqa siyasi yollarla torpaqlarımızı qaytarmaq şansımız varmı? Bu suala biz adətən kortəbii olaraq həmişə - "mütləq qaytaracağıq" cavabını veririk. Reallıq isə bunu təsdiq etmir.

Dünya siyasətindən az da olsa xəbəri olanlar bilir ki, müasir dünyanı fövqəl güclər hesab edilən ölkələr idarə edir. Bu qüdrətli ölkələrin də əksəriyyəti xristian aləmidir. Çin və digər ölkələr isə buddizmə və ya ona yaxın dinlərə sitayiş edirlər və onların, bizim xristian aləminin bir nümayəndəsi ilə apardığımız müharibəyə münasibəti loyaldır. Xristian aləminin müsəlmanlara mənfi münasibəti də bu gün hamıya aydındır. Belə olan vəziyyətdə biz - arxasında xristian aləmi durmuş Ermənistanla müharibə aparıb, torpaqlarımızı qaytara bilərikmi? Pafoslu sözləri kənara atıb, şəraiti real qiymətləndirsək - xeyr. Bu mümkün deyil. Bəli, biz öz-özümüzü aldadıb - "nəyin bahasına olursa olsun torpaqlarımızı mütləq qaytaracağıq" fikrini insanlarımıza aşılaya bilərik. Lakin bunun həyata keçməsinə fövqəlgüclər heç vaxt imkan verməzlər. Bu acı reallıqdır.

Bəs biz nə etməliyik ki, həqiqəti bərpa edək və insanlarımız öz vətənlərinə qayıtsınlar. Bunun üçün qədim həqiqətləri diqqətlə araşdırıb, nəticə çıxarmaq və tədbir tökmək lazımdır. Bəs həqiqət nədən ibarətdir? Həqiqət isə ondan ibarətdir ki, qədim mənbələrdə Qafqaz ərazisində Ermənistan adlı ölkənin adı keçir və bunu heç bir alim inkar edə bilməz. Deməli, biz Ermənistan tarixinin - indiki ermənilərə aid olmadığını sübut etməliyik. Başqa sözlə desək -ermənilərə qalib gəlmək üçün, əvvəlcə onlara güc verən "Ermənistan tarixi"nə qalib gəlmək lazımdır.

Erməni tarixşünaslığının atası sayılan M. Xorenatsiyə görə, Ermənistanın tarixi belə başlanır: «Dünyanın ən böyük yaxşılıqlarının – yerin başlanğıcı və onun insanla məskunlaşdırılmasının mənbəyi olan ilk Allahlar zəhmli və böyük olmuşlar: Onlardan mənasız nəhənglər nəsli və nəhəng bədənli varlıqlar ayrılmışdır. Lovğalığa bürünmüş bu varlıqlar dəhşətli pis fikir fikirləşdilər və o saat onu həyata keçirməyə başladılar. Lakin İlahi mənşəli dəhşətli fırtına, Göy əhlinin qəzəbinin sovrulması qülləni dağıtdı və Allahlar, hər birinə bilinməz dil (başqasına görə) verib, onları qarışıqlığa düçar etdi. Onlardan biri İapetoslu Xayk idi ki, adlı-sanlı və cəsur naxarar, qüdrətli oxdan sərrast atıcı idi» (M. Xorenatsi, I kitab, böl.,19). M. Xorenatsiyə görə, ermənilərməhz bu Xaykdan törəmişlər. Qədim sirlərdən xəbərdar olanlar bilir ki, burada söhbət - Babil qülləsinin tikilməsindən əvvəl "Şahlığı göydən endirilən" Qutilərdən gedir və onlar qədim Misir mənbələrində də Allahlar hesab olunurlar. Belə çıxır ki, indiki ermənilər - qədim Allahlar nəslinin törəmələridirlər və bunun əksini də sübut etmək də faktiki mümkün deyil. Yazılı mənbə - təkzibolunmaz faktdır və bütün dünya alimləri də bu tip mənbələrə çox ciddi yanaşırlar. Buna görə də Ermənistan tarixini oxuyan xristianlar, indiki ermənilərə - Allahlar nəslinin xristian varisləri kimi baxırlar. Lakin təkcə xristian aləmi yox, müsəlman aləmi də, elə bizim şiə qonşumuz İran da, “Ermənistan tarixi”nə görə erməniləri açıq himayə etməkdən çəkinmir. Hamısının da bir səbəbi var. Bu da “Ermənistan tarixi” kitabıdır. Alimlərimiz qəbul etmək istəməsələr də, həqiqət naminə demək lazımdır ki, bu tarix kitabı faktiki Allahlar tarixi mənasındadır. Dünya ölkələri də bunu yaxşı başa düşürlər və buna görə də indiki Ermənistanı himayə edirlər. Bizim alimlərimizin məntiqsiz “sübutları” isə, düzünü desək, gözdən pərdə asmaq və öz-özümüzü aldatmaqdır. Elm adamlarımızın, bunun əksini sübut edən heç bir sanballı əsərləri yoxdur və ola da bilməz. Çünki yazılarda, birbaşa mənada “ermənilərin” qüdrətli tarixə malik olması açıq yazılmışdır.

Lakin burada başqa bir məsələ var ki, bu da qədim yazıların ikili mənada yazılmasıdır. Yəni bütün qədim yazıların ikinci – gizli mənası da var ki, qədim dünyanın əsl tarixi də bu yazılarda rəmzlərlə yazılmışdır. Deməli, bizim Ermənistana, onun durduğu sütun olan “Ermənistan tarixi”nə qalib gəlməyimiz üçün, bu yazıların gizli – batini mənalarını açmalıyıq. Buna əsas verən səbəb də odur ki, gizli elm olan sufizm, batinilik məhz Azərbaycandan başlamış və buradan dünyaya yayılmışdır. İsmaili fəlsəfəsini yayan batini-nizarilər, xristian mənbələrində nasarlılar (nazaret), yəni ilkin xristianlar adlanmışlar. Bütün Avropa şahlarının “quş dili” hesab edilən sufizm, qədim Azərbaycan ərazisində ismaili fəlsəfəsindən başlanır ki, bu fəlsəfə də qədim Misirin yaradılış fəlsəfəsi ilə eynidir. Mənbələrə görə, dünyadakı bütün gizli mason təşkilatlarını da, Avropada “Gel oğulları” (Qulyardlar) adlanan və Aya sitayiş edən bu şahlar nəsli yaratmışlar. Bütün bunlar bizə əsas verir ki, biz qədim yazıların birbaşa mənasını yox, gizli – batini mənasını əsas götürək və həqiqəti bütün dünyaya çatdıraq. Bu gün, qəbul olunmuş tarixin başdan ayağa cəfəngiyyat olduğunu artıq rus və Avropa alimləri sübut etmişlər. Bizə isə o qalır ki, gizli sirləri açıb əsl həqiqəti bütün dünyaya çatdıraq.

Batini mənada Ermənistan tarixi – Xəzər türk bəglərinin tarixidir və Xayk dedikdə də, sufizmdə Haq – yəni Allah başa düşülməlidir. Qədim Misir mənbələrində Haq/Heka rəmzi – iki dünyanın, yəni yerdəki fiziki dünya və göydəki ruhlar dünyasının şahı olan Asar/Osiris Allahına aid edilir. Asar/Osiris rəmzi isə mənbələrdə Azər kimi yazılır və sonradan bu rəmz Xəzər kimi qalmışdır. Deməli, batini mənada ilk Allahlardan olan Xayk/Haq elə Asar/Osiris/Azər Allahıdır. Ərmən/erməni rəmzi də mənbələrdə - Azərbaycan atabəglər ailəsinin malikanəsi olan Xilat/Gelatın sahibi şah II Nəsir əd-din Məhəmməd Sökmənin özünə götürdüyü addır. Bu mənbələrdə Sökmən – göydə ölümsüzlük qazanmış Ra-Amon Allahı kimi çıxış edir ki, Ərmən adı da sufizmdə Ra-Amon adı ilə eyni mənalıdır. Atabəg rəmzi onu göstərir ki, Ərmən/Ra-Amon obrazı bütün bəglərin atasının obrazıdır. Qədim Misir yazılarda da, Xəzər xaqanlığında da Haq/Xaqanın müavinləri, köməkçiləri bəglər kimi keçirlər. Xəzər/Azər türk bəgləri isə bütün qədim mənbələrdə yəhudi seçilmişləri sayılırlar. Bu isə o deməkdir ki, biz qədim yazıların batini mənalarını əsas götürsək, təkcə Ermənistan tarixinin yox, bütün dünya tarixinin məhz Azərbaycandan başlamasını sübut edə bilərik.

İstəhri bildirir ki, “biz xəritədə Azərbaycan, Ermənistan və Arranı birləşdirib, onlara bir iqlim kimi baxırıq”. Buradakı “iqlim” rəmzi yunan dilidə “klimatos” kimi tərcümə olunur və hər iki rəmz eyni kökdən “QLM” və “KLM” ibarətdir. Batinilikdə QLM/KLM rəmzləri Gel/Gelam mənasındadır ki, buradakı Gel rəmzi də Geliopol – Gel şəhərini bildirir. Qədim Misirdə Gel şəhəri - “Dünya”nın yaradıldığı yerdir və məhz buradakı təpədə duran firon Amon göydəki Asar/Osiris şahlığını və insanı yaratmışdır. Deməli, “yerin başlanğıcı və onun insanla məskunlaşdırılması” dedikdə Xorenatsi məhz göydəki Osiris şahlığı adlandırılan ruhlar dünyasını nəzərdə tutur ki, biz bu “dünya”nı cənnət adlandırırıq. Geliopolun da Aşağı və Yuxarı Geliopola bölünməsi o deməkdir ki, burada söhbət Aşağı və Yuxarı Misirdən gedir. Bu isə ona işarədir ki, İstəhrinin üç ölkəyə bir ölkə kimi baxması təbii ki, sufi məntiqi ilə bağlıdır. Əgər biz Azərbaycan rəmzinin – qədim Osiris/Azər mənasında olmasını, Ərmən rəmzinin – Ra-Amon mənasında olmasını nəzərə alsaq, razılaşarıq ki, burada söhbət – göydə və yerdəki dünyaları öz bədənində birləşdirən kosmik İnsan-Allahdan gedir. Bu kosmik İnsan-Allahın yaradılışına mən kitab və məqalələrimdə geniş izah vermişəm (“Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər”, sayt: http://gilarbek.blogspot.com). Digər erməni tarixçisi sayılan Təbrizli Arakelin kitabında isə söhbət müqəddəs ataların “səhra” tikməsindən gedir ki, burada insan ruhları ikinci həyat qazanır və mələk cildində ömürlərini davam etdirirlər. Deməli, bu kitabda da söhbət, müqəddəs kitablarda süd və bal çayının axdığı cənnətdən gedir və bu da yuxarı – göydəki Misir ölkəsi mənasındadır.

Göydəki dünya ilə yerdəki ölkənin keçid məntəqəsi mənasında olan qədim Misirin Sokaris mağarasını isə İstəhri Arran adlandırır. Arran qədim mənbələrdə Xarran kimi keçir və bura, ilk müsəlman sayılan İbrahim peyğəmbərin vətənidir. İbrahim peyğəmbər isə, digər peyğəmbərlər kimi yəhudidir ki, əsl yəhudilərin Xəzər türk bəgləri olması artıq hamıya məlumdur.

Buradan belə nəticə çıxarmaq olar ki, Ermənistan tarixi, bütün müqəddəs kitabların həsr olunduğu göydə yaradılmış ruhlar dünyasının – Asar/Osiris/Azər şahlığının yaradılışına həsr olunmuşdur. Bu isə o deməkdir ki, biz Ermənistan tarixinin sirlərini açmaqla eyni zamanda bütün müqəddəs kitablara da elmi izah verəcəyik ki, bu da bütün dünya tarixinin bilavasitə bizdən başlamasını sübut edəcək. Mən “Batini-Quran” kitabında bütün bu rəmzlərə bir məntiqlə və faktlarla elmi izah vermişəm. Lakin bunun dünya səviyyəsində elmi müzakirəsi lazımdır ki, Azərbaycan xalqının – qədim padişahlar və peyğəmbərlər nəslinin törəmələri olmasını hamı bilsin. Sirlər açılandan sonra isə, indi özlərini erməni adlandıran insanlardan biri də Azərbaycan torpağında qala bilməyəcək.

Bütün bunlarla onu demək istəyirəm ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üşün biz, Ermənistan tarixinin məhz biz Azəri türklərinə aid olmasını sübut etməliyik. Bunun üçünsə, Ermənistan tarixi ilə eyni zamanda biz bütün müqəddəs kitabların da bizlərlə bağlılığı sübut olunmalıdır ki, biz bunu etmək qüdrətindəyik. Seçim isə təbii ki, yüksək vəzifədə oturanlarındır. Biz ya, torpaqların ermənilərə aid olduğunu sübut edən Ermənistan tarixi kitabının zahiri mənasını təsdiq etməliyik, ya da bütün Ermənistan torpaqlarının bizlərə aid olduğunu sübut edən bu kitabın batini mənası əsas götürməliyik. Başqa sözlə - ya real şəraitlə razılaşıb, torpaqlarımızı unutmalıyıq, ya da bütün elmi potensialımızı toplayıb, dünyaya Ermənistan torpaqlarının da bizim olduğunu sübut etməliyik. Mənim anladığım qədərilə ikinci yol Azərbaycan üçün yeganə real çıxış yoludur.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.