Lotu Qulunun “oğru aləmin”dəki ən böyük düşməni kimdir?

11-02-2017, 00:02           
Lotu Qulunun “oğru aləmin”dəki ən böyük düşməni kimdir?
“Oğru həbsxanada oturmalıdır”. Vısotskinin ifasında “Görüş yerini dəyişmək olmaz” filmində kapitan Jeqlovun dilindən səslənən bu həqiqət heç kimdə şübhə doğurmur

Lakin oğru törətdiyi və sübut olunan cinayətə görə oturmalıdır. O, sadəcə “qanuni oğru” olduğuna görə yox.

Jeqlovla kinonun digər qəhrəmanı Şarapov bunun üstündə mübahisə edirdi.

Modern.az bildirir ki, bu mövqeni 2016-cı ildə 7 il azadlıqdan məhrum olunan “qanuni oğru” Əli Heydərovun (o, Kürən Albert, Albert Piterski və Albert Gəncinski kimi də tanınır) vəkili Dmitri Popov da bölüşür.

Bir qayda olaraq, tanınmış “qanuni oğrular”ın tərcümey-halı dumanlı olur. Vikipediyadakı məqalələrdə onlar haqda yazmırlar – cinayətkar aləmin nümayəndələrinin ali sirkinin “anlayşı” ilə ziddiyyət təşkil edir.

Lakin Əli Müseyib oğlu Heydərov – Rusiya kriminal mühitində kifayət qədər qeyri-adi bir şəxsdir.

Onu az qalırdı “rus mafiyasının” “xaç atası” Ded Xasanın şimal-qərb regionunda əlaltısı adlandırırdılar. O 36 yaşında Arxangelskdə - Rusiyanın şimalında Şamaninsk mütəşəkkil cinayətkar qruplaşmasına əsas rəqib olmuşdu. Nüfuzlu “qanunçular”ın yanında mübahisələrə macal tapmışdı və 3 sui-qəsd yaşayıb.

Bu zaman hüquq-mühafizə orqanlarından deyil, həm də “titullu” həmkarlarının çoxundan vaxtaşırı narazılıq edirdi.

Məlumata görə, Heydərovu 2012-ci ildə Peterburqda Aslan Usoyanın xeyir-duası ilə Peteburq “qanuni oğruları” taclandırıblar.

Müxtəlif mənbələrdən əldə edilən məlumata əsasən, gənc və ambisiyalı “oğru” həyat yoldaşı və 3 övladı ilə qeydiyyatda olduğu Arxangelskdə tezliklə lider mövqe əldə edib. Sonradan Peterburqda nüfuzli “avtoritet” olub.

Kürən Albertin 7 il ciddi rejimli həbsxanaya göndərilməsinə səbəb olan açılan cinayət işinin əsas epizodları şimal paytaxtı ilə bağlıdır.

“Tayfun”un xüsusi təyinatlıları Heydərovu 2014-cü il iyulun 14-də xüsusilə külli miqdarda soyğunçuluq işi üzrə araşdırma çərçivəsində keçirilən əməliyyat zamanı saxlayıb.

Peterburqun Frunze rayon prokurorluğunun məlumatına görə, Kürən Albert tərəfdaşları ilə Avito saytına “Folksvagen Tyaper” avtomobilinin alıcını cəld edəcək qiymətə elan yerləşdirərək, Qiwi ödəmə sistemi vasitəsilə məbləğin bir hissəsini avans kimi alıblar.

Müştəri üstündə külli miqdarda nağd pulla təyin olunan yerə gələndə ona və yanındakına iki nəfər hücum çəkib, pul olan çantanı əlindən alıblar. Araşdırma zamanı hücum edənlər müəyyənləşdirilib. Onlar Arxangelsk sakinləri Yevgeni Krasnov və 1985-ci il təvəllüdlü Roman Məmmədov olub.

Prokurorluğun məlumatına görə, bu cinayətin planlaşdırılmasında hüquq-mühafizə orqanları Əli Heydərobun əli olduğunu, onun icraçılarının isə uzun müddət Arxangelskdə yaşayanların olduğunu müəyyənləşdiriblər.

Araşdırma 2 il davam edib. Heydərova, Məmmədova və Krasnova Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsi (quldurluq) və 159-cu maddəsinin 4-cü hissəsi ilə (böyük miqdarda fırıldaqçılıq)ittiham elan olunub.

2016-cı il dekabrın 26-da Sankt-Peterburqun Frunze rayon məhkəməsi iş üzrə adı keçənlər haqda hökm çıxarıb. Məhkəmə Heydərovu 7 illi müddətinə cəzasını ciddi rejimli həbsxanada çəkmək hökmü elan olunub. Krasnov və Məmmədov müvafiq olaraq 6 və 7,5 il (onlar da cəzalarını ciddi rejimli həbsxanada çəkirlər) azadlıqdam məhrum olunublar.

Bundan əlavə, məhkəmənin hökmü ilə mülki iddia qaydasında Kürən Albertə məxsus “Roleks” saatı (521 989 rubl qiymətləndirilib), “Shevrole” avtomobili və Leninqrad vilayətindəki 1200 kvadrat metrlik torpaq sahəsi müsadirə olunub.

Sanki hər şey ədalətli olub – “oğru həbsxanada oturmalıdır”.

Ancaq Kürənin vəkili Dmitri Popov hesab edir ki, onun müştərisinə qarşı iş uydurulub.
Müdafiəçi bildirib ki, Əli Heydərovla bağlı cinayət işinə açıq-aşkar qanun pozuntusu ilə baxılıb, bunun əsasında elan olunan hökmü əsaslı və qanuni hesab etmək olmaz.

“Qanuni oğru”ya qarşı ittihamnamə gizli şahidlər Markov, İvanov və Məmmədovun, eləcə də polis əməkdaşı A.F.Popovun ifadələri əsasında hazırlanıb.

Zərərçəkənlər bilməyiblər ki, soyğunçulqda Heydərov iştirak edib, ya yox, Krasnov və Məmmədov da onunla bağlı heç nə deməyiblər.

Heydərov əleyhinə araşdırma zamanı canfəşanlıqla ifadə verən Puşkin soyadslı şahidi isə məhkəməyə, ümumiyyətlə, “gətirə bilməyiblər”.

"Albert, qaç, qaç"!

Məlumdur ki, kriminal elitada “qanuni oğrular” özlərinin daxili, klan müharibəsini aparır. Güclü düşmənə qarşı birləşmək məqsədilə müvəqqəti alyanslar yaranır, sonra münaqişə üzündən bu birliklər bir anda dağıla bilir.

"Qanunçulara" "tac qoyurlar", xüsusi səlahiyyətlər verirlər, həm də hüquqlarını qaydaları pozanda əllərindən alırlar. Vaxtaşırı onlara qarşı sui-qəsd edilir, bəzən bunun nəticəsində qəbrə gedirlər: Ded Xasan, Rövşən Lənkəranski, Astik Suxumiski və başqaları kimi.

Başqaları gizli və leqal biznes sahələrinə təsir dairəsinin sahibliyindən məhrum olunur.

Dörd dəfə məhkum olunan Əli Heydərov üçün də “oğru aləmi”ndə münasibər kifayət qədər sadə deyil. Bir neçə dəfə KİV-də onun “oğru” ideologiyası ilə bağlı baxışları haqda faktlar yer alıb.

Qeyd etmək lazımdır ki, polislər onu killerlərdən xilas etsələr də, Kürən Albert “oğru” qaydalarına görə, özünü zərərçəkmiş hesab etməyərək heç bir ifadə verməyib.

Mənbə bildirir ki, kriminal aləmdə avtoritetlərin kifayət qədər böyük hissəsi “oğru” statusu hazırda, bəzi məlumatlara görə, mübahisəli olan Heydərova hörmətlə yanaşır.

Bir vaxt hətta xəbər verilmişdi ki, Ded Xasanın taclandırdığı bir neçə nəfərlə birgə onun da “oğru” statusu ”bir nömrəli oğru” Şakro Molodoyun Yerevandakı yığıncağından sonra dayandırılıb.

Kürən Albertin münaqişədə olduğu ”oğrular” arasında ilk növbədə Lotu Qulu, Lexa İrkutski ləqəbi ilə tanınan Aleksey Qudın və Beso Rustavski ləqəbi ilə tanınan Besik Kvinixidze var.
Məlumata görə, Kürənin sonuncu iki nəfərlə silahlı münaqişəsi Türkiyənin Edirne şəhərində olub. Bu zaman Kürənin Türkiyə polisinin əməkdaşı olan mühafizəçisi güllələnib.

Heydərov özü dindirilmədə Türkiyədə hər hansı atışmada iştirakçı olduğunu boynuna almayıb. O, özünü işlənmiş avtomobillərin satşı ilə məşğul olan iş adamı adlandırır.

Heydərova yaxın mənbə Edirnedəki haqq-hesab çürütmə məsələsini təsdiqləyib, ancaq öldürülən polisin Heydərovun qoruyucusu olduğunu təkzib edib.

Əli Heydərovun əsas düşməni ənənvi olaraq Azərbaycan kriminal konqlomeratının liderlərindən biri nüfuzlu “qanuni oğru” Lotu Qulu ləqəbi ilə tanınan Nadir Səlfov hesab edilir. Bu konlomerata Vaqif Bakinski kimi məşhur olan Vaqif Süleymanov və Rəşad İsmayılov (Rəşad Gəncinski) daxildir.

Sonuncu 2016-cı ilin dekabrında “qanuni oğru” Rövşən Lənkəranskinin – Ded Xasanın başlıca düşməninin Türkiyədə hay-küylü qətlində cavabdehliyi üzərinə götürdüyünü bəyan edib.

Mənbələr qeyd edirlər ki, azərbaycanlı “qanuni oğrular” Rövşən Lənkəranskinin klanına qarşı müvəqqəti birləşiblər. Burada iki məqsəd var: paytaxt regionundakı göyərti bazarını ələ keçirmək və 2016-cı ilin yazında Lənkəranskinin öldürtdüyü avtoritetli biznesmen Cambulat Şamiloğlunun qisasını almaqdır.

Bu birliyin nə qədər davamlı olacağını zaman göstərəcək, çünki “oğru” aləmində ittifaqlar əsr boyu davam etmir.

Mənbə əmindir ki, hansısa məqamda parçalanma baş verəcək. Onun sözlərinə görə, bu Lotu Qulunun günahı üzündən olacaq. Ona görə ki, Qulunun şəxsi məqsədlərinə çatmaq istəyi zamanı yetişəndə hər şeydən üstün olur.

“Oğru” aləmindəki mənbələrin dediyinə görə, Lotu Qulu 2014-cü ilin mart ayında Kürən Albertin öldürülməsinə cəhd edib. Bu məqsədlə o, vasitəçi İlham Hacıyev vasitəsilə Kürəni öldürmək niyyətiləTatarıstandan iki killer tutub. Lakin Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin əməkdaşları həmin killerləri yaxalayıb.

Ən cəsarətli və gələcəkdə böyük potensialı gözlənilən Heydərovun fiziki cəhətdən məhvinə edilən bu cəhd düşmənlərinin güclü rəqiblərini sıradan çıxarmasına yönələn yeganə hadisə olmayıb.

Əli Heydərovun işindən apelyasiya şikayəti Sankt-Peterburq şəhər məhkəməsinə bu il yanvarın 9-da verilib. Vəkili Dmitri Popov Kürən Albert barəsində çıxarılan hökmün dəyişdiriləcəyinə ümid edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.