Başqa dünyaların olmasına və onların bizim planetlə əlaqələrinə inanmayanlar bu faktları oxusunlar FOTO

1-07-2017, 09:45           
Başqa dünyaların olmasına və onların bizim planetlə əlaqələrinə inanmayanlar bu faktları oxusunlar FOTO
Dünyaca məşhur haker qrupu Anonymous NASA-nın bazanı ələ kçirərək bəzi gizli sənədləri ələ keçirdiyini bildirmişdi və NASA-nın dünyadan kənar həyat formasını açıqlayacağını iddia etmişdi.
Maraqlıdır, bu iddia nə qədər doğrudur? Yadplanetlilər barədə NASA həqiqətən nələrisə bilirmi? Yadplanetlilərə dair bu zamana qədər gedən prosesdə əslində qarşımızda həqiqi mənada ciddiyə almağımız lazım olan hadisələr var.

Moderator.az-ın təqdim etdiyi bu yazıda məhz yadplanetlilərin insanlarla ünsiyyətdə olmasını sübut edən həmin hadisələr barəsində məlumat əldə edəcəksiniz.

1. Stanton Fridman

Stanton Fridman yadplanetlilərin aramızda olduğuna qəti olaraq inanan, təqaüddə olan nüvə fiziki idi. Ona görə, yadplanetlilərin aramızda olduğuna dair bir çox dəlil mövcuddur. O, iddia edirdi ki, ABŞ gizli kəşfiyyat xidməti fəzalıları xalqdan gizləyir. Çünki xalq bu tərz vəziyyətə hazır deyil və bu vəziyyətin qarşısıalınmaz bir təşvişə səbəb olacağını düşünürlər.

2. 51-ci zona


Məşhur 51-ci zona Amerika dövlətinin UFO-larla əlaqədar olaraq ən çox suala və şübhəyə məruz qaldığı gizli hərbi bazasıdır. Əslində bu şübhələr heç də yersiz deyil. Amerika dövləti əvvəllər elə bir yerin varlığını belə qəbul etməyəndə, zamanla belə bir stansiyanın varlığını daha sonra da, gizli araşdırmalar aparıldığını qəbul edib. Vəziyyət belə olunca da insanların bu gizli regiona olan marağı artıb. Stansiyanın kosmosdan çəkilən görüntülərinin MKİ tərəfindən dəyişdirildiyinin başa düşülməsi və tanınmayan cisimlərin bölgəyə eniş-yoxuş etdiyini sübut edən müxtəlif foto və video materialların dərc olunması ilə yanaşı, MKİ daha da çətin vəziyyətdə qaldı və bu regionla bağlı sualları tamamilə cavabsız qoymağı seçdi. Bu gün hələ də Amerika kəşfiyyat xidməti 51-ci zona ilə bağlı inandırıcı izah etməyib.

3. Yadplanetlilərin rus siyasətçini ziyarəti


Rus siyasətçi Kirsan İlyumzhinov 8 sentyabr 1997-ci ildə mənzilində qəfil itmiş və ətrafında çalışanlar bu vəziyyətə heç bir məna verə bilməmişdi. İlyumzhinov etdiyi açıqlamada yadplanetlilərin mənzilini ziyarət etdiyini və onu yanlarına alaraq kosmos gəmilərinə mindiyini bildirmişdi. O zaman yayılmış xəbərlərə görə, yalnız telepatiya ilə ünsiyyət qurulmuş siyasətçinin hekayəsinin inandırıcı səbəbi sürücüsünün, assistentinin və digər nazirlik əməkdaşlarının onun qəribə şəkildə yox olmasından xəbərdar olmasıdır. Qapısında cangüdən olan siyasətçinin heç kəs görmədən yox olması Rus dövlətinin də diqqətini çəkib. İlyumzhinov buna görə 2010-ci ildə prezident Medvedev tərəfindən sorğuya alınıb. Detallar isə hələ də tam olaraq bilinmir.

4. Dmitri Medvedev


Çox siyasətçiyə görə, Medvedev yadplanetlilər barədə daha açıq bir profil cızır. Bir müsahibə əsasında kameranın çəkdiyini fərq etməyib, yadplanetlilərin aramızda olduğunu açıq söyləyib. Hətta Amerika prezidenti Barak Obamanı bu vəziyyətlə bağlı xəbərdarlıq etdiyini, əgər Amerika yadplanetlilərin varlığını ilə bağlı bir addım atmasa, Rusiyanın dövrəyə girəcəyi ilə bağlı Obamanı xəbərdarlıq etdiyini bildirmişdi. Bu açıqlamalar sanki maneə törədilmişcəsinə dünya mediasında özünə yer tapmayıb və bu açıqlamaların üstünün örtülməyə çalışılması təəssüratı mövzu ilə bağlı insanların daha çox diqqətini çəkmişdi.

5. Pol Hellyer


Bu günə qədər yadplanetlilərin varlığı mövzusunda keçirilən ən yüksək səviyyəli bəyanatlardan biri də Kanadanın keçmiş müdafiə naziri Pavel Hellyerə aiddir. Keçmiş müdafiə nazirinə görə, bizim güman etdiyimizdən əksinə olaraq yadplanetlilər insanlardan qorxurlar. Bunun səbəbi isə insan oğlunun nüvə savaş texnologiyasında getdikcə irəliləməsi və öz daxili çəkişmələrindən mənbəli müharibələr çıxararaq, kosmosun tarazlığına zərər verə biləcək potensiala çatmasıdır. Pol Hellyerə görə, yadplanetlilər son illərdə Dünyadakı fəaliyyətlərini artırıblar. Çünki getdikcə çoxalan din və millətçilik mənbəli nifrətin böyük bir nüvə müharibəsinə çevrilərək kosmosun tarazlığına zərər verməsindən qorxurlar.

6. Edvard Snovden


Edvard Snovden mətbuata sızdığı gizli sənədlər üzündən bu gün hələ də ABŞ-a gedə bilmir. ABŞ gizli kəşfiyyatının Snovdenin ardınca düşməsi və onu vətən xainliyi ilə günahlandırması Snovdenın qopardığı sənədlərin ciddiliyini sübut edir. Məhz iddialara görə, Snovdenin sızdığı və dövlətə tam açılmamış sənədlərin bəzilərində ABŞ-ın super güc olmasını təmin edən gücün "Nordikler" ya da, "Uzun Ağlar" deyilən insana bənzəyən bir fəzali irqi olduğu və ABŞ-ı pərdə arxasından bu irqin nümayəndələrinin idarə etdiyi iddia edilir.

7. Amerika prezidenti Eyzenhauer və fəzalıların iclasları


Keçmiş Amerika prezidenti Eyzenhauer fəzalarla olan əlaqələrinə görə tanınan bir addır. Fəzalarla tam olaraq üç dəfə görüşüb və bir görüşündə də yanındakı işçilərini apardığı məlum olan bir həqiqətdir. Görüşlər bir iclas rejimində baş verir və telepatiya üsulu ilə razılaşma təmin olunurdu. Nyu Mexikoda baş verən bu toplantıların bir çox yüksək səviyyəli şahidi var. Doğrusu, bu gün belə Eyzenhauerdən sonra Amerikanın yüksəlməsi bu görüşlərin gerçək ola biləcəyi barədə bir çox insanı düşündürür.

8. Sızdırılan Wikileaks sənədləri


Eləcə də yadplanetlilərin insanların müharibəyə olan uyğunluğundan narahat olduğu üçün “sıfır nöqtə enerjisi” adı verilən və dünyanın enerji problemini kökündən həll edəcək texnologiyanı insanlara çatdırmaq istəmədiyi də yazışmalar arasındadır. Hətta yadplanetlilər müharibə əleyhinə hərəkətlərinə görə sülhü dəstəkləyəcəyini ümid etdikləri Papa ilə belə əlaqəyə keçiblər. Bu üzdən tarixdə görünməmiş şəkildə indiki Roma Papası bütün dünya ölkələrinə səfər edir.

9. “Anonymous”un NASA-dan oğurladığı fayllar


İddiaya görə, “Anonymous”un NASA-nın bazasından ələ keçirtdiyi bəzi məlumatlar gizlədiləsi deyil. NASA hazırda kosmosda həyat olduğunu kəşf edib, sadəcə insanların hazır olmadığına görə bunu ictimaiyyətindən gizlədir. NASA-nın kosmosdan həyat formaları ilə bağlı açıqlamalarını insanlarda panika yaratmamaq məqsədilə alışdıra-alışdıra açıqlayacağı irəli sürülür.
Əslində düşündükdə NASA-nın ilk əvvəl Marsda buz olduğunu açıqlaması və sonra müxtəlif bioloji həyat formalarınında Yupiterin peykinin ola biləcəyini ifadə etməsi, yəni yavaş-yavaş insanları kosmosda həyat fikrinə çalışma səyi bu iddiaların doğru olduğunu düşündürür.

Nə deyək, əgər bu iddiaların yarısı belə həqiqətdirsə, bəşəriyyəti çox maraqlı günlər gözləyir.


Hazırladı: Rumiyyə












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.