Söyüşə görə tanışının başında butulka sındırdı - ölüm işi

17-11-2017, 14:42           
Söyüşə görə tanışının başında butulka sındırdı - ölüm işi
Yeyib-içdikdən sonra tanışının başında butulka sındıran şəxs hakim qarşısına çıxarılıb. Xəsarət alan şəxs 3 gün sonra dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının başına araq butulkası vurmaqla öldürməkdə təqsirli bilinən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Tamella Nəsrulayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Sərxan İsmayılov Özbəkistanda doğulub. Bir yaşında övladı var. Orta təhsillidir, rayonda fəhləlik edib.

Məhkəmə baxışı noyabrın 24-ə təyin edilib.

Hadisə bu il Xaçmazda baş verib. Rayonda fəhlə işləyən Sərxan İsmayılov kafeyə gəlib və tanışı Əlihüseyn Əzizli ilə yeyib-içiblər.

Spirtli içkinin təsirindən Əlihüseyn Əzizli və Sərxan İsmayılov bir-birini təhqir ediblər.

Mübahisə zamanı Sərxan İsmayılov masanın üstündə olan araq butulkasını Ə.Əzizlinin başına çırpıb.

Ağır xəsarət alan Ə.Əzizli xəstəxanaya yerləşdirilib, 3 gün sonra isə ölüb.

Qeyd edək ki, Sərxan İsmayılova Cinauət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.